azbetsport_643456

Azart oyuna, qumara və mərc asılılığına ludomaniya deyilir. Bu söz ilk dəfə XX əsrin ortalarında psixiatriya və psixologiya ədəbiyyatında işlədilməyə başlanmışdır. Bəzən buna iqromaniya da deyilir. Yəni oyun maniyalılığı, oyundan asılılıq.

Ludomaniya — insanın həyatında tam hökmranlıq edən bir asılılıq növüdür. Burada əsas məsələ oyun prosesindən alınan emosional həyəcan və adrenalindir. Oyunçu müəyyən müddətdən sonra artıq özünü idarə edə bilmir, bütün maddi və mənəvi resurslarını oyuna yönəldir. Bəs qumar asılılığı olan insanlara müdaxilə olmazsa, onların sonu və taleyi necə ola bilər?

Əgər ludomaniyadan əziyyət çəkən şəxsə vaxtında müdaxilə olunmasa, vəziyyət getdikcə daha da ağırlaşır:

  1. Maliyyə dağıntısı – ilk növbədə oyunçu bütün qazancını, sonra isə borc aldıqlarını xərcləyir. Kreditlər, borc qeydləri, ailə və dostlarla maddi konfliktlər qaçılmaz olur.
  2. Ailə və sosial əlaqələrin dağılması – ludoman insan ailəsinə, yaxınlarına diqqət ayırmır. Ən vacib münasibətlər belə pozulur. Yalanlar, gizlətmələr, etimadın itməsi nəticəsində ailələr dağılır. İş yerində etibardab düşür.
  3. Psixoloji və emosional çöküş – depressiya, təşviş, özünə inamsızlıq və həyatın mənasız görünməsi tez-tez müşahidə olunur.
  4. Cinayətə meyillilik – pul tapmaq üçün oyunçu oğurluq, dələduzluq və ya digər qanunsuz yollara əl ata bilər.
  5. Sağlamlıq problemləri – yuxusuzluq, stress, əsəb sistemi xəstəlikləri, alkoqol və ya narkotikə meyillilik də ludomaniyanı müşayiət edə bilər.

Ən pis ssenari

Əgər ludomaniyaya qarşı heç bir mübarizə aparılmasa və xəstəyə psixoloji, sosial və tibbi yardım və ludoterapiya göstərilməsə, ən pis halda nəticə bunlar ola bilər:

  • Tam maliyyə iflası və uzunmüddətli borclar,
  • Ailə və dostlardan tam təcrid olunma;
  • İş yerinin itirilməsi, iş yoldaşalrının etimadsızlığı;
  • Ciddi psixi pozuntular;
  • Cinayət məsuliyyətinə cəlb olunma;
  • İntihar riski.

Nəticə

Ludomaniya təkcə “oyun həvəsi” və «ötəri maraq deyil, əksinə, dərin psixoloji və sosial problemlərə yol açan ağır asılılıqdır. Onun vaxtında qarşısı alınmazsa, həm fərdin, həm də onun ailəsinin həyatı məhv ola bilər. Buna görə də bu asılılıqla mübarizə — erkən diaqnostika, psixoloji dəstək, yaxınların dəstəyi, zəruri terapiya və lazım gəldikdə tibbi müdaxilə ilə mümkündür.

Bunlar da maraqlıdır

Overreaction strategiyasının mahiyyəti
Overreaction Strategy – mərc strategiyasıdır ki, bazarın və ya kütlənin...
Niyə Rayo Vallecano - Sevilla oyununda az...
İspaniya La Liqasının növbəti turu çərçivəsində sentyabrın 28-də keçiriləcək “Rayo...
Progressive Parlay nədir?
Progressive Parlay elə bir mərc strategiyasıdır ki, ardıcıl mərc qələbələrindən...