bored_game_0-0

Futbol azarkeşlərinin və mərc oyunçularının ən çox maraqlandığı mövzulardan biri də “0:0 nəticə öncədən təxmin oluna bilərmi?” sualıdır. Əslində, 0:0 nəticəsi heç-heçə nəticəsindən daha təhlükəlidir və qolsuz bərabərliyi həmişə tam dəqiqliklə bunu proqnozlaşdırmaq mümkün deyil, amma statistik göstəricilər və oyun üslubu üzərindən müəyyən ehtimallar qurmaq olar.

Hansı hallarda 0:0 ehtimalı artır?

  1. Komandaların hücum potensialı zəifdirsə – Məsələn, son 5 oyunda hər iki tərəf cəmi 1-2 qol vurubsa.
  2. Müdafiə futboluna üstünlük verilirsə – Turnirdə xal qazanmaq daha vacibdirsə, komandalar risk etmədən daha çox müdafiəyə yönəlirlər.
  3. Əhəmiyyətsiz oyunlar – Qrup mərhələsinin sonu kimi, nəticənin turnir cədvəlinə ciddi təsir etmədiyi qarşılaşmalar.
  4. Əvvəlki qarşılaşmaların tarixi – İki komanda son görüşlərində də qolsuz heç-heçə edibsə, yenidən 0:0 bitmə ehtimalı daha yüksək ola bilər.

⚽ Məsələn, 2022/23 mövsümündə İtaliya A Seriyasında “Empoli” – “Sampdoria” oyunu öncədən “az qollu” matç kimi qiymətləndirilmişdi. Komandalar əvvəlki 6 oyunda cəmi 4 qol vurmuşdu. Matç da gözlənildiyi kimi 0:0 bitdi

Yəni, “0:0” proqnozu riskli olsa da, bəzi hallarda ağıllı analizlə “gözlənilən nəticə” kimi təkli seçilə və ya kupona əlavə edilə bilər.

Bunlar da maraqlıdır

Çempionat cədvəlində yanaşı olan komandalar niyə bir...
Çempionat cədvəlinə baxanda tez-tez belə bir mənzərə ilə rastlaşırıq: 7-ci...
Aleksandr Zverev – kortun sakit dahisi, qalmaqalların...
Müasir kişi tennisində ən istedadlı oyunçulardan biri hesab olunan Aleksandr...
Alessia Krippa - skeleton idman növünün kraçilası
2000-ci il 26 iyunda İtaliyanın şimal-qərbində, Piemont bölgəsinin Verbano-Cusio-Ossola əyalətində...