İnsan sevdiyi şəxsdən ayrılanda, xüsusi ilə qarşı tərəfdən rədd ediləndə ilk günlər dəli kimi olur, bunu qüruruna yedirə bilmir, ağıl ilə qərar verə bilmir, əksinə, qarşı tərəfin də eyni hisslər keçirməsini, onun kimi əzab çəkməsini, iztirablı günlər keçirməsini istəyir. “Kaş indi məni düşünsün”, “Necə ola bilər ki, illərimi verdiyim insan mənə qarşı bu qədər laqeyd olsun?”, “telefonu götürüb heç olmasa bir söz yazsa idi”, “necə ola bilər ki, məni bir qələmdə silib atsın”, “keşkə bir anlıq mənim kimi yoxluğumu hiss edə bilsin” kimi fikirlər ayrılıqdan, küsülülükdən və ya qarşılıqsız sevgidən sonra insanı çox narahat edir. Bu arzular əsrlər boyu müxtəlif sevgi ayinləri və ritualları ilə nəticələnib. Haqqında danışacağımız belə rituallardan biri də əzilməmiş və ləkələnməmiş ağ kağıza həndəsi fiqurların çəkilməsi, 31 rəqəmi, bal və ya əncir mürəbbəsi, ilan dərisi və “möhrü-mar” adlı daş ilə həyata keçirilir. Qeyd edəcəyimiz respetin tarixi çox qədimdir.
Lakin bu barədə danışmazdan əvvəl bir vacib məqamı qeyd edək ki, bu ritalı həyata keçirəndən sonra onun geri dönüşü olmayacaq. Ona görə də ritualı həyata keçirməzdən qabaq yüz ölçüb bir biçin və yaxşıyaxşı düşünün. Bu sizə həqiqətən lazımdırmı?
Ritual necə reallaşdırmaq lazımdır?
Əvvəlcə təmiz, əzilməmiş ağ kağız götürülür. Kağızın üzərində böyük bir düzbucaqlı çəkilir. Burada kiçik bir həndəsə xatırlatması da yerinə düşür: düzbucaqlı dördbucaqlının xüsusi növüdür – onun dörd bucağının hər biri 90 dərəcədir. Yəni hər dördbucaqlı düzbucaqlı deyil. “Düzbucaqlının nə olduğunu bilirəm” deyib təsadüfi dörd tərəfli fiqur çəkmək istəyənlər əvvəlcə bu fərqi internetdən və həndəsə müəllimindən mütləq dəqiqləşdirsinlər.
Sonra düzbucaqlının dörd küncündə kiçik kvadrat çəkilir. Beləcə böyük fiqurun dörd küncündə dörd ayrı kvadrat alınır. Düzbucaqlının tam ortasına isə sizin üçün darıxmasını istədiyiniz şəxsin tam adı, yaşı və ana adı yazılır.
Bundan sonra dörd kiçik kvadratın hər birinin içinə 31 rəqəmi (ərəb rəqəmi ilə yazılsa daha effetiv olacaq) yazılır. Bunu etdikdən sonra ortadakı adın üzərinə az miqdarda bal və ya əncir mürəbbəsi sürtülür. Bu hissənin simvolik izahı aydındır: şirin maddə qədim və xalq magiyasında insanın münasibətini “şirinləşdirmək”, qarşı tərəfi özünə mehriban etmək kimi yozulur. Burada balın və ya mürəbbənin real psixoloji təsirindən yox, ritualın simvolikasından söhbət gedir. Arı və əncir. Hər ikisi xüsusi simvolika daşıyıcısıdır.
Daha sonra bal və ya mürəbbənin üzərinə əvvəlcədən soyulmuş ilan dərisinin – farsca “pust-e mar” (پوست مار) kiçik parçasını qoymaq lazımdır. Fars dilində mâr “ilan”, pust-e mâr isə “ilan dərisi” deməkdir. Fars lüğətlərində də پوست مار ifadəsi “snakeskin, slough”, yəni ilanın atdığı köhnə dəri kimi verilir. (Bəzən bu terminlər “puslimar”, “puslemar”, “pustemar” kimi də tələffüz olunur).
Çalışmaq lazımdır ki, ritualda yazılan yazı (ad, ana adı) qədim tarixi olan əlifbalardan biri ilə yəni ivrit, ərəb, Şumer mixi yazısı və ya Sanskrit ilə yazılsın.
Niyə məhz 31 rəqəmi?
31 ətrafında qurulan mistik izahların bir hissəsi sonrakı numerologiya sistemlərindən gəlir. Müasir numerologiyada 31 rəqəmi adətən 3 + 1 = 4 şəklində ixtisar edilir və 4 sabitlik, quruluş və möhkəm təməl anlayışları ilə əlaqələndirilir. Ayrı-ayrı sistemlər 3-ü ünsiyyət və yaradıcılıqla, 1-i isə iradə və başlanğıcla əlaqələndirirlər.
31-in daha qədim və maraqlı əlaqələrindən biri ivrit gematriyasında görünür. İvritcədə א – Alef 1, ל – Lamed 30 rəqəm qiymətinə malikdir. Birlikdə אל – El sözü alınır və onun ədədi qiyməti 31-dir. El Bibliya ivritində Tanrı, qüdrət və güc mənaları ilə əlaqələndirilən sözdür. Məhz buna görə sonrakı mistik və numeroloji ədəbiyyatda 31 güc + iradə = iradəyə təsir gücü ilə simvollaşdırılıb.
İlan dərisini haradan tapmaq olar?
İlanların müəyyən dövrlərdə dərisini dəyişir. Bu proses biologiyada ecdysis – dəri dəyişmə adlanır. İlan böyüdükcə köhnə xarici dəri qatı onunla birlikdə böyümür və heyvan həmin qatı hissə-hissə və ya demək olar bütöv şəkildə soyub atır. Yetkin ilanlarda bu proses növdən, yaşdan, sağlamlıqdan və şəraitdən asılı olaraq il ərzində bir neçə dəfə baş verə bilər.
Kənd yerlərində və ilanın yaşadığı təbii ərazilərdə bəzən daşın, kolun və ya başqa səthin yanında bu nazik, şəffaf qabığı görmək mümkündür. Evdə ilan saxlayan şəxslərin terrariumunda da dəri dəyişdikdən sonra bütöv qabıq qalır.
Amma ritual üçün ilan saxlayan şəxsə və ya zooparka müraciət etmək olar, diqqət edin ki, burada söhbət diri ilanın dərisindən yox, ilanın çıxardığı dəridən, yəni soyulmuş qabıqdan gedir.
Möhrü-mar nədir?
Burada ritualın ən maraqlı elementi də mövcuddur: möhrü-mar, möhrə-mar və ya farsca “mohre-ye mar” – مهره مار.
Sözün mənası təxminən “ilan muncuğu”, “ilan daşı” deməkdir. Fars dilində mohre muncuq, daş, oyun daşı və bəzən fəqərə mənalarında işlənə bilir, mar isə ilandır.
Möhrü-mar çox qədim və məşhur cazibə predmetlərindən biridir. Hətta fars dilində “mohre-ye mar dârad” – “ilan muncuğu var” ifadəsi bir insanın qeyri-adi dərəcədə cazibəli olması, hamını özünə çəkməsi mənasında işlənir.
Bu daş ilanın başının daxilində yerləşən kiçik ağ və ya bozumtul olan bərkimiş bir maddədir. Bu maddə yalnız ilan saxlayanlarda və bir də mistik rituallarla məşğul olanlarda mövcud ola bilər.
Ancaq internetdə yayılan başqa bir hekayə – guya ilan yediyi qidanı mədəsində daşa çevirir, onu uzun müddət saxlayır və sonra bədənindən “möhrü-mar” kimi xaric edir – bu, o deyil. İlanların həzm sistemi bu cür mistik daş yaratmaq üçün fəaliyyət göstərmir. “Möhrü-mar” haqqında başdan, bədəndən, cütləşmə zamanı ilanın bədənindən düşməsindən, hətta mineraldan əmələ gəlməsi kimi fərqli variantlar yalan mənbələrə əsaslanır.
Hə, indi keçək ritalın sonuna. Sonda ilan dərisi adın üzərinə sürtülmüş mürəbbənin üzərinə qoyularaq bir-birinə yapışdırılır və kağız möhrü-mar içində olmaq şərti ilə hamısı birlikdə möhkəm bükülür və basdırılır. Burada məqsəd yenə simvolikaya əsaslanır: ilan dəyişmə və yenilənmə, mürəbbə və bal şirinlik, möhrü-mar isə cazibə və insanları özünə çəkmə rəmzi sayılır.
Bal, ilan və ad niyə bir ritualda birləşdirilir?
Bu tip mərasimlərdə hər predmetə bir “vəzifə” verilir. Ad konkret insanı təmsil edir. Yaş və ana adı o adın əsil sahibinə xitanb edir. Bal və ya əncir mürəbbəsi münasibəti həmişəlik şirinləşdirir, yəni sizin ən pis hərəkətiniz belə qarşı tərəfə şirin gələcək və heç vaxt onda ikrah hissi oyatamayacaq. Ritualın ən mistik tərəfi də elə budur. 31 rəqəmi isə mistik gücü ifadə edir. İlan dərisi isə köhnə haldan çıxıb yenisinə keçmə və dəyişmə simvolu kimi yozulur. Yəni qarşı tərəf mövcud vəziyyətini tamam dəyişib görmək istədiyiniz birinə çevirilir. Möhrü-mar isə bütün bunlara əbədi möhür vurur.
Bu ritualın mənfi tərəfi nədir?
Ritualın ən dramatik hissəsi də budur. Ritalın iş prinsipi çox güclü olduğu üçün qarşı tərəf sadəcə darıxmayacaq, o heç vaxt səndən ayrı qala bilməyəcək.
Ona görə də bu ritalı edənlərə dönə-dönə xəbərdarlıq edilir: bu gün həmin insanın sizin üçün darıxmasını istəyirsiniz, beş il sonra isə siz ondan bezə bilərsiniz. Hissləriniz dəyişər, başqa bir insanı sevərsiniz, münasibəti bitirmək istəyərsiniz. Amma ritualın bağladığı adam sizdən əl çəkməyəcək.
Siz “artıq səni istəmirəm” deyirsiniz, o yenə yazır. Nömrəsini bloklayırsınız, başqa nömrədən zəng edir. Başqa münasibət qurursunuz, yenə həyatınıza qarışır. Necə deyərlər, qırsaqqız kimi yapışıb qalır.
Psixologiya elmi olaraq bu hadisəni obsessiv bağlılıq adlandırır. Bu da, artıq sevgi və romantika yox, obsessiv münasibət problemidir. Qdəim zamanlardan günümüzə gəlib çatan “qoy it kimi dalımca sürünsün”, “köpək olub qapımda yatsın” deyimləri məhz bu ritual ilə əlaqəlidir.
Viktor Hüqonun qızına bu ayini niyə etmişdilər?
Viktor Hüqonun qızı Adèle Hugonun həyatı doğrudan məhz bu sevgi obsesiyası ilə bağlıdır.
Tarixi mənbələrə görə, Fransanın məşhur yazıçısı Viktor Hüqonun qızı Adèle britaniyalı zabit Albert Pinsona ilə eşq yaşamışdı. Daha sonra Adel başqasını sevir. Lakin Albert bu Qədim Şərq ritualını həyata keçirmək üçün kiməsə müraciət edir. Nəticədə Adel psixoloji olaraq Albertə bağlanılr. İlk illər hər şey zabitin istədiyi kimi olur. Əvvəllər qürurlu bir qız olan Adèle artıq onu buraxmır, həyatının mərkəzinə qoyur, bütün gələcəyini onunla bağlayır.
Bir neçə ildən onra isə Pinsonun hissləri dəyişir. O başqa bir qadına aşiq olur, onunla evlənməyə qərar verir və Adèle-dən uzaqlaşmaq istəyir. O bunu açıq şəkildə Adelə bildirir, onu istəmədiyini, sevgisinin bitdiyini, başqası ilə ailə quracağını deyir. Normalda belə bir məqamdan sonra qadın qürurunu qırmayıb müəyyən müddət əzab çəkib həyatına davam etmək üçün ayrılardı. Amma Adèle-də belə olmadı və zabitdən əl çəkmədi.
Bu bağlılıqdan bezən Albert 1863-cü ildə Fransadan İngiltərəyə köçdü. Adelin arxasınca gəldiyini görüb İngiltərədən Kanadanın Halifax şəhərində xidməti təyinat aldı. Bu zaman Adèle ailəsindən gizlin şəkildə Atlantik okeanını keçərək onun ardınca gəldi. Pinson yenə onu qəbul etmədi, lakin Adèle geri qayıtmadı. Başqa adla yaşamağa başladı. Mütəamdi olaraq Alberti izləyir, onunla görüşməyin yollarını axtarır və hətta ailəsinə onunla evləndiyini yazırdı – halbuki belə nikah baş verməmişdi. Daha sonra bütün bunlardan bezən Pinson hökumətə müraciət edərək hərbi xidmətini Barbados adasına dəyişdi. Adèle də Atlantikin o biri başındakı həmin bu adaya qədər onun ardınca getdi. Tarixi mənbələrin təsvir etdiyi mənzərə artıq adi, qarşılıqsız sevgidən çox, insanın bütün həyatını bir şəxsin ətrafında qurduğu ağır obsessiyaya çevrilmişdi.
1872-ci ildə hökumət qadına keyidici iynə vuraraq Vətəninə – Fransaya qaytardı və ruhi xəstəxanaya köçürdü. Adel sonrakı həyatının yerdə qalan hissəsini ruhi xəstəxanada keçirdi. Qadın nə qədər təkid etsə də, onu Albert ilə görüşməyə və Albertə məktub yazmağa qoymadılar. O ömrünün sonunadək xəstəxananın ağ divarlarında Albertə məktublar yazmağa başladı. Nəhayət 1915-ci ildə 84 yaşında vəfat etdi. Bu barədə Fransua Trüffonun məşhur “L’Histoire d’Adèle H.” filmi də çəkilmişdir.





