azbetsport_65323

Mərc oyunlarında bəzən oyunçular düşünür ki, “əmsalı az olan oyun, lap 1.05 əmsal olsun, amma əsas odur gəlsin”. Əslində isə bu, illüziyanın başqa bir formasıdır.

Əmsal nə qədər kiçikdirsə, oyunun ehtimalı və 100% gəlmə bir o qədər yüksək görsənə bilər. Məsələn, 1.10 əmsallı favorit komandanın qalib gəlməsi daha “təhlükəsiz” kimi görünür. Amma futbol, basketbol və digər idman növləri gözlənilməz hadisələrlə zəngindir. Qırmızı vərəqə, zədə, hakim səhvi və ya zəif rəqibin motivasiyası nəticəni tam dəyişə bilər.

Nümunə:

Bir çox oyunçu “Real Madrid vs Zəif komanda” oyununda 1.05 əmsalla Real-ın öz meydanında qalib gələcəyini qəti zəmanət kimi qəbul edir. Amma futbol tarixində saysız-hesabsız hallarda favorit komandaların az ehtimalla göstərilən rəqiblərə heç-heçə etdiyini və hətta uduzduğunu görmüşük.

Digər tərəfdən, tennisdə 1.08 əmsalla oynayan favorit zədə səbəbindən oyunu yarımçıq tərk edə bilər.

Əslində “yüz faizlik oyun” anlayışı oyunçuların beynindəki təhlükəli illüziyadır. Bu düşüncə insanı daha böyük pullar yatırmağa sövq edir və nəticədə gözlənilməz itkilərə gətirib çıxarır. Risk həmişə var. Əmsal sıfır risk demək deyil, sadəcə nisbətən daha kiçik risk deməkdir.

Bunlar da maraqlıdır

Alişa Nyuman – tənha yaşayan qadın idmançı
Kanadanın Ontario əyalətinin London şəhərində 29 iyun 1994-cü ildə anadan...
Hedge Betting nədir və nə vaxt istifadə...
Bəzi hallarda mərc edən adam əvvəlki seçimini tam açıq qoymaq...
Çempionat cədvəlində yanaşı olan komandalar niyə bir...
Çempionat cədvəlinə baxanda tez-tez belə bir mənzərə ilə rastlaşırıq: 7-ci...