vilka_çəngəl_strategiya

İdman mərclərində «Çəngəl». rus dilində “Вилка” və ya ingiliscə “Fork” termini bukmeker kontorları arasındakı əmsal fərqlərindən istifadə edərək risksiz qazanc əldə etmək strategiyasını ifadə edir. Bu ad özünü boşqabda iki fərqli qida tikəsinə eyni çəngələ batıraraq yeyib udmaqdan götürüb. Bu üsul eyni idman hadisəsini müxtəlif bukmekerlərdə fərqli nəticələrə oynamaqla, nəticədən asılı olmayaraq gəlir əldə etməyə imkan yaradır.

“Çəngəl”in iş prinsipi

Strategiyanın əsas ideyası ondan ibarətdir ki, oyun üzrə bütün mümkün nəticələr müxtəlif bukmekerlərdə mərc olunmalıdır. Əgər əmsallar uyğun olarsa, nəticə necə olursa-olsun, oyunçu qazanc əldə edir.

Məsələn, nümunə üçün Real Madrid – Barcelona matçına baxaq:

  • Tutaq ki, 1-ci bukmeker: Real Madrid qalib gələr üçün – 2.10 əmsal verib.
  • 2-ci bukmeker: isə Barcelona qalib gələr üçün – 2.05 əmsal verib.

Bu halda, hər iki nəticəni fərqli bukmeker kontorlarında (saytlarında) oynamaqla risk ortadan qalxır. Bunun üçün gərək iki müxtəlif saytda təsdiqləınmiş hesabın olsun.

Hesablama formulu

Gəlin, burada ümumi kapitalı C kimi götürək. Mərc məbləğinin paylanması belə hesablanır:

  • 1-ci nəticəyə mərc: S1=C×(1/K1)(1/K1+1/K2)S_1 = \frac{C \times (1/K_1)}{(1/K_1 + 1/K_2)}S1​=(1/K1​+1/K2​)C×(1/K1​)​
  • 2-ci nəticəyə mərc: S2=C×(1/K2)(1/K1+1/K2)S_2 = \frac{C \times (1/K_2)}{(1/K_1 + 1/K_2)}S2​=(1/K1​+1/K2​)C×(1/K2​)​

Burada:

  • K1K_1K1​ – 1-ci nəticənin əmsalı,
  • K2K_2K2​ – 2-ci nəticənin əmsalı,
  • S1,S2S_1, S_2S1​,S2​ – uyğun nəticəyə qoyulmalı mərc məbləğidir.

Qazanc isə belə hesablanır: Profit=(S1×K1)−C=(S2×K2)−CProfit = (S_1 \times K_1) — C = (S_2 \times K_2) — CProfit=(S1​×K1​)−C=(S2​×K2​)−C

Nümunə

Fərz edək ki, sənin ümumi kapitalın 100 manat təşkil edir. Bu məbləği iki kontorda iki hissəyə qoyub fərqli məbləğdə mərc edirsən. Yəni:

  • Real Madrid qalib gəlsin (K1 = 2.10) = 47 AZN qoyursan.
  • Barcelona qalib gəlsin (K2 = 2.05) = 53 AZN qoyursan.

Hesablayırıq:
S1=100×(1/2.10)(1/2.10+1/2.05)≈47AZNS_1 = \frac{100 \times (1/2.10)}{(1/2.10 + 1/2.05)} \approx 47 AZN
S1​=(1/2.10+1/2.05)100×(1/2.10)​≈47AZN S2=100×(1/2.05)(1/2.10+1/2.05)≈53AZNS_2 = \frac{100 \times (1/2.05)}{(1/2.10 + 1/2.05)} \approx 53 AZN
S2​=(1/2.10+1/2.05)100×(1/2.05)​≈53AZN

Əgər hər nəticəyə eyni məbləğ (məsələn, 50 manat + 50 manat) qoysan, bəzən uduş məbləği 100 manatdan az ola bilər. Bu zaman mənfi nəticə alınır. Ona görə də “Вилка”da ən vacib hissə pulun düzgün bölüşdürülməsidir.

Nəticələr:

  • Əgər Real Madrid qalib gəlsə: 47 × 2.10 = 98.7 manat
  • Əgər Barcelona qalib gəlsə: 53 × 2.05 = 108.65 manat

Bəzən, nümunədən də göründüyü kimi “vilka” balanslı qazanc vermir. Burada Real Madrid nəticəsində simvolik itki (1.30 AZN), Barcelona nəticəsində isə artıq qazanc olur (55.65 AZN).

“Risksiz” vəziyyət yalnız o halda yaranır ki, hər iki nəticə də 100-dən çox olsun. Yəni ideal “vilka” tapmaq üçün əmsallar elə uyğun gəlməlidir ki, hər iki tərəfdən qazanclı çıxasan.

Üstünlükləri

  • Qazanc faktiki olaraq zəmanətlidir.
  • Təcrübə artdıqca əlavə gəlir əldə etmək mümkündür.

Çətinlikləri və Riskləri

  • Bukmeker kontorları belə halları tez aşkar edir və hesabı bloklaya bilər.
  • Əmsallar sürətlə dəyişdiyi üçün dərhal reaksiya vermək lazımdır.
  • Kiçik hesablama səhvləri zərərə səbəb ola bilər.
  • Hər iki kontorda balansda pul saxlanılması şərtdir.
  • Komandalar heç-heçə oynasalar, demək batdın.

Nəticə

“Çəngəl” strategiyası əmsallar arasındakı fərqlərdən istifadə etməklə risk olmadan qazanc əldə etməyə imkan verir. Bu, nəzəri olaraq ideal strategiyadır, lakin praktiki tətbiqdə sürət, dəqiqlik və bukmeker məhdudiyyətləri səbəbindən müəyyən çətinliklər mövcuddur.