656789_azbetsport_com

Bəzi ölkələrdə mərc anlayışı illərdir demək olar ki, eyni formada qalır. İnsanların böyük əksəriyyəti mərc deyəndə bukmeyker saytlarında kupon yığmağı, 5–10 oyunu bir araya gətirib “bəlkə tutar” düşüncəsi ilə oynamağı başa düşür. Halbuki dünyada bu sahə artıq çoxdan başqa mərhələyə keçib və mərc professional bir trading aləti kimi istifadə olunur.

Bir neçə gün əvvəl exchange və sports trading mövzusuna toxunmuşdum. Əslində daimi və stabil qazancın mümkün olduğu yeganə yol da məhz brokerlər üzərindən, yəni exchange platformalarında mərc etməkdir. Burada əsas fərq ondadır ki, sən bukmeykerə qarşı yox, digər istifadəçilərə qarşı oynayırsan. Brokerlər sənin uduzmağınla maraqlanmır, qazancından sadəcə kiçik bir komissiya faizi alır. Ən vacibi isə limitlənmə, hesab bağlanması, pulun bloklanması kimi problemlər olmur. Yəni oyuna avtomatik olaraq dezavantajlı başlamırsan.

Təəssüf ki, bəzi ölkələrdə exchange sistemlərinin necə işlədiyi barədə məlumat çox azdır. İnsanlar bu sahəni tanımır, tanıyanlar isə adətən səthi biliklərlə kifayətlənir. Halbuki dünyada bu sahəni professional şəkildə öyrədən platformalar, universitet səviyyəsində kurslar və milyonlar qazanan bettorlar var. Harry Crane, Bill Benter, Rufus Peabody, William Ziemba kimi adlar bu sahədə artıq əfsanə hesab olunur. Onların yanaşması şans və intuisiya üzərində yox, riyaziyyat və statistika üzərində qurulub.

Bəzi ölkələrdə isə vəziyyət tamam fərqlidir. Mərc edənlərin çoxu öz hisslərinə güvənir, “bu oyun qoxusu verir”, “bu komanda uduzmaz” kimi fikirlərlə kupon yığır. Bəziləri oyunları analiz etdiyini düşünür, amma unudur ki, bukmeykerlərin verdiyi əmsalların arxasında artıq çox ciddi analiz dayanır. Bukmeykerlər statistikanı, ehtimalları, modelləri onsuz da hesablayır və əmsala yansıdır. Ona görə də sadəcə oyun analiz edərək uzunmüddətli qazanc əldə etmək mümkün deyil.

Əsl qazanc bukmeykerlərin gözündən qaçan nöqtələri tapmaqdan keçir. Buna “edge” deyilir. Yəni ya onlardan daha yaxşı modelləmə aparmalısan, ya da bazarda səhv qiymətləndirilmiş ehtimalları tapmalısan. Bu işin arxa planında riyaziyyat, statistika və data elmləri dayanır. Bəzi ölkələrdə isə insanlar 10 oyunluq sistem kuponu yazır, həmin kuponun gerçəkləşmə ehtimalının neçə faiz olduğunu belə bilmədən oynayır.

Professional mərc yanaşması tam fərqlidir. Burada moneyline, spread, total kimi anlayışlar, bukmeykerlərin necə həmişə qazancda qaldığı, vig mexanizmi, positive expected value, bankroll management kimi əsaslar çox önəmlidir. Daha irəli səviyyədə isə riyazi model qurmaq, bu modeli backtesting etmək, Kelly kriteriyası ilə risk ölçmək, data analizi aparmaq, regressiya modellərindən istifadə etmək kimi mövzular işə düşür.

Məsələn, bir riyazi model qurduğunu düşün. Bu model ilk hissəsi bitmiş oyunlara baxaraq oyunun ümumi alt və ya üst bitəcəyini proqnozlaşdırır. Əgər modelin uzunmüddətli düzgünlük faizi 80%-dirsə, artıq bu ciddi bir üstünlükdür. Bu üstünlüyə uyğun olaraq Kelly kriteriyası ilə nə qədər mərc etməli olduğunu hesablaya bilərsən. Belə yanaşma şansa yox, hesablanmış riskə əsaslanır.

Bu biliklər haradan gəlir? Şəxsi təcrübəmdən deyim. İllər əvvəl ABŞ-da bu sahənin aparıcı mütəxəssisləri, o cümlədən statistik professoru olan Harry Crane və digərləri tərəfindən hazırlanmış, mərc oyunlarının riyaziyyatına həsr olunmuş çox bahalı bir kurs var idi. Təxminən 4000 dollar dəyərində olan bu kurs sayəsində bu sahənin bir çox əsas və qabaqcıl konseptlərini öyrənmişdim. Hal-hazırda da həmin biliklər əsasında qurduğum modellərlə işləyirəm.

Məsələn, alt-üst oyunlarını təxmin edən bir modelin verdiyi nəticələrə əsaslanaraq, çox kiçik məbləğlərlə – 15–20 dollardan başlayaraq – bir neçə saat ərzində 148 dollar qazandığım nümunələr olub. Bu, “şanslı gün” yox, düzgün model və düzgün risk idarəsinin nəticəsidir.

Bəzi ölkələrdə bu sahəyə maraq var, amma sistemli bilik demək olar ki, yoxdur. Əgər doğrudan da professional şəkildə mərc etməyi öyrənmək istəyənlər olsa, bu mövzuda roadmap və tədris proqramı hazırlamaq mümkündür. Mərci qumar yox, analitik və riyazi yanaşma ilə bir investisiya aləti kimi görmək istəyənlər üçün bu yol açıqdır.

Bunlar da maraqlıdır

“Know your limit” - Öz limitini bil
Mərc və kazino oyunlarında ən vacib qaydalardan biri “know your...
Niyə kişilər qadınlardan daha çox qumar oynayır?
Beynəlxalq tədqiqatlara əsasən, kişilərin 4,2%-i problemli qumarbaz kimi qeyd edilir,...
Contrarian Bettor kimdir?
Contrarian bettor – mərc bazarında kütlənin (crowd) əksinə oynayan, yəni...