
«Uduzduğum pulları dərmanlarınıza verəsiniz!», «Balanızdan çəkəsiniz», «Haramınız olsun» — bu uduzan insanların ürək səsləri və daxili dünyalarındakı qəzəb çığırtılarından sadəcə bir neçəsidir. Pulu uduzmuş oyunçular qəzəblərini şirkətdən və onun əməkdaşlarından çıxarırlar. Bəs bu doğru yanaşmadır?
Səhv ünvanlanmış qəzəb
Mərc şirkəti və onun əməkdaşları burada sadəcə operator rolundadır. Bu, avtomobil işə düşməyəndə sükanı şillələməyə bənzəyir. Maşının sükanı nə benzinin bitməsinə, nə də yağın dəyişməsinə cavabdehdir — o, sadəcə sizə idarəetmədə xidmət göstərir.
Eynilə mərc şirkəti işçiləri də:
- Oyunun nəticəsini təyin etmir;
- Sizin uduzmağınızı istəmir;
- Qazanc-uduzma mexanizmini yaratmır;
- Sadəcə öz işini görür — müştəriyə xidmət edir;
- Onlar ailə dolanışığını bu işdən qazanır;
- Seçim imkanları məhdud olan insanlardır;
- Hər gün oyunçuların qəzəbi ilə üzləşir;
- Psixoloji təzyiq altında çalışır
Mərc sisteminin strukturu
Həqiqəti görmək üçün mərc biznesinin strukturunu başa düşmək vacibdir. Mər sistemində 4 səviyyə üzrə çalışanlar var:
Səviyyə 1: Beynəlxalq lisenziya verənlər;
Səviyyə 2: Böyük mərc şirkətləri (operatorlar);
Səviyyə 3: Yerli nümayəndəliklər;
Səviyyə 4: Adi işçilər.
Qəzəbinizi bu insanlara yönəltmək, problemin həllində heç nə vermir.
Bəs bu işdə məsul olan kimdir?
Əsl məsuliyyət daşıyanlar:
Bunun bir cavabı var. Bu işdə məsuliyyət hissi daşıyan yalnız siz Özünüzsünüz — çünki qərarı siz vermisiniz.
Nümunə: Ramil və Müştəri xidmətində çalışan Elnur
Ramil iki saata 3000 manat uduzub. Qəzəblə operator işləyən 27 yaşlı Elnura bağırmağa başladı:
«Sən məni batırdın! Haram xoşun olsun!»
Elnur üç aydır bu işdə çalışır, ayda 400 manat maaş alır. Evdə xəstə anası var. O, heç vaxt oyun oynamayıb, hətta bu işdən xoşu da gəlmir. Amma başqa seçimi yoxdur. Ramil növbəti gün yenə depozit edib oynayır və yenə 2000 manat uduzur. Bu dəfə başqa kassirə qarğış edir. Problem Elnurda deyil, Ramildə də deyil tam. Problem sizdədir.
Həqiqi mübarizə
Mərc asılılığı ilə mübarizə aparmaq istəyirsinizsə:
- Özünüzü dəyişin — başqa insanları deyil.
- Professional kömək alın — psixoloq, narkoloq.
- Psixoloji dəstək qruplarına qoşulun.
- Özünüzə limit təyin edin.
- Maarifləndirmə işində iştirak edin.
Nəticə
Mərc şirkətinin işçilərinə qarğış etmək doğru deyil, çünki onlar sistemin ən gücsüz halqasıdır. Onlar da siz kimi insandır, ailə dolanışığı qazanır, problemləri var. İşçiləri deyil, özünüzü dəyişməyə fokuslanın.
Unutmayın, insan ləyaqəti hər şeydən üstündür — hətta uduzduğunuz puldan da.