azbetsport_75457

Qumar asılılığı, bəzilərinə görə həyatlarının əsl dövrünə çevrilə bilər. Hər gün mübarizə aparanlar, çox vaxt bir sual verirlər: «Sağalan bir prosesdirmi?» Bəli, qumar asılılığından sağalmaq mümkündür, amma bu, davamlı və mərhələli bir prosesdir. Hər kəsin sağalma təcrübəsi fərqlidir, amma ən əsas məqam bu mübarizənin heç vaxt bitmədiyidir.

İlkin Stabilləşmə: 3-6 ay

Qumardan sağalma prosesi təbii olaraq uzun bir yol çəkir, amma ilk dövr ən çətin olanıdır. Birinci 30 gün – fiziki və psixi baxımdan ən çətin dövr olacaq. Burada yeni vərdişlər formalaşır, maliyyə nəzarəti qurulur və insan özünü yeni həyatı ilə tanış etməyə başlayır. Ancaq relapse — yəni təkrar qumara qayıdıb yenidən oynamaq istəyi sönmüş vulkana bənzəyir. Aylarla insanın içində sakit və səssiz qala bilər. Amma nəzarət və iradə olmasa, hər şeyi yenidən başlamalı olacaqsınız. Buna görə də qumardan xilas üçün müntəzəm terapiya — Gambling Therapy lazımdır.

Davamlı sağalma: 6 ay — 2 il

Bu müddət ərzində həyat tərzində dəyişikliklər baş verir. Yeni maraqlar tapılır, sosial əlaqələr genişlənir və ən əsası, ailə münasibətləri bərpa olunur. Zehni sağlamlıq da yaxşılaşır.

Uzunmüddətli sağalma: 2-5 il

Bu mərhələdə artıq qumar asılılığının təkrarlanma (relapse) riski azalmış olur. İnsan, həyatını tamamilə dəyişərək yeni, sağlam vərdişlər əldə etmişdir. Ayrıca, güclü bir dəstək şəbəkəsi qurulmuşdur.

Sağalma mərhələləri

  1. İnkar mərhələsi (0-3 ay)
    Bu dövr, asılılığın hələ də təkbaşına idarə edilə biləcəyinə inandığınız zamanlardır. Çox insan problemi kiçildib, kömək almaqdan imtina edir.
  2. Qəbul mərhələsi (1-6 ay)
    Qumar asılılığının etirafı və peşəkar kömək axtarışı başlayır. İllərdir davam edən vərdişləri dəyişdirmək üçün ilk addımlar atılır.
  3. Fəal müalicə mərhələsi (3-18 ay)
    Terapiya və müalicə proqramları ilə, davranış dəyişikliyi baş verir. Peşəkar dəstək, zərərli düşüncə və davranış nümunələrini dəyişdirməyə kömək edir.
  4. Sabitləşmə mərhələsi (6 ay — 3 il)
    Yeni həyat tərzinin möhkəmlənməsi, maliyyə nəzarətinin təkmilləşdirilməsi və dəstək sistemlərinin gücləndirilməsi ilə sağalma prosesinin təməlini qoyursunuz.
  5. Saxlama mərhələsi (3 il+)
    Ehtiyatlılıq və daimi dəstək davam edir. Bu mərhələdə insanlar artıq başqalarına kömək etməyə başlarlar.

enidən Başlama (Relapse) Həqiqəti

Statistikalar

Çox sayda insan, sağalma prosesinin bir hissəsi olaraq yenidən başlama ilə qarşılaşır. Statistikalar göstərir ki, qumarbazların əksəriyyəti sağalma dövründə ən azı bir dəfə relapse yaşayır. Hətta 5 il davam edən bir sağalma prosesindən sonra belə, yenidən başlama riski mövcuddur.

Risk dövrləri və tətikləyən səbəblər

  • Birinci 3-6 ay – ən yüksək riskli dövr;
  • Stress dövrləri – iş itkisi, ailə problemləri;
  • Bayramlar və tətillər – emosional yüklənmə;
  • Maliyyə çətinlikləri – bu çətinlikdən «tez həll» axtarışı;
  • Tez varlanmaq istəyi;
  • Məşhur derbilər, adlı sanlı rəqiblərin qarşılaşması.

Qumarbazlıqdan sağalmaq, bir çox baxımdan xərçəng müalicəsi kimidir: bəzən uzun və çətin olsa da, uğurlu olur, amma hər zaman ehtiyatlılıq və müntəzəm müayinə tələb edir. Bəli, sağalmaq mümkündür, amma asan deyil. Səbir, professional kömək və dəstək ilə minlərlə insan artıq normal həyata qayıdıb.

Bunlar da maraqlıdır

Ultraslar kimlərə deyilir?
Ultraslar – futbol stadionlarında öz komandalarını maksimal coşqu və sədaqətlə...
Niyə güclü komanda zəif komandaya çox qol...
Futbolun qanunauyğunluqlarından biri də odur ki, bəzən güclü komanda zəif...
Falçılar oyun proqnozu verə bilərmi?
İdman proqnozları ciddi analitik təhlil, statistika və riyazi modellərə əsaslanır....