azbetsport_757

Qumar və mərc asılılığı yalnız maliyyə itkisi ilə ölçülmür. Onun ən ağır nəticələrindən biri də insanın emosional və şəxsi münasibətlərinə vurduğu zərbədir. Ən çox da sevgi münasibətləri bu zərbəni hiss edir.

İlk mərhələdə qumar oynayan insan sevgilisinə diqqət ayırmağa çalışsa da, zaman keçdikcə bütün fikri oyunda olur. Onun düşüncəsini yalnız «növbəti mərc», «bu dəfə udacağammı?», «borcumu necə ödəyim?» sualları məşğul edir. Belə halda sevgiliyə ayrılan vaxt, qayğı və diqqət azalır.

Sevgi münasibətinin möhkəm qalması üçün qarşılıqlı diqqət, ünsiyyət və səmimiyyət lazımdır. Amma ludomaniya bu dəyərləri kölgədə qoyur. Oyunçu:

  • lağıyd olur, çünki beynində yalnız oyunu planlaşdırır;
  • emosional baxımdan uzaqlaşır, çünki sevgi üçün lazım olan enerjini qumara sərf edir;
  • məsuliyyətsizləşir, çünki vədinə, sözünə əməl etməyi ikinci plana keçirir.

Nəticədə sevgilidə etimadsızlıq, incikliksoyuqluq yaranır. Əgər proses uzun sürərsə, münasibətlərdə artıq sevgi hissi sönür və sadəcə qumar qalır. İnsan bütün zövqünü, həyat fəlsəfəsini qumarda görür. Bu asılılıq bir-birini dəlicəsinə sevən iki insan arasındakı körpüləri yıxan və ən güclü emosional bağları belə qoparıb qıran bir amilə çevrilir.

Bəli, qumar insanı sevgilisindən soyuda bilər. Çünki qumar oyununun gətirdiyi həyəcan və stress, zamanla sevgidən daha güclü yer tutur və ən gözəl hissləri belə sarsıdır.

Bunlar da maraqlıdır

Asian Handicap Zig-Zag strategiyası nədir?
Asian Handicap Zig-Zag strategiyası elə bir mərc strategiyasıdır ki, Asian...
Dutching strategiyası necə işləyir?
Dutching – elə mərc strategiyasıdır ki, bir hadisənin bir neçə...
Alessia Krippa - skeleton idman növünün kraçilası
2000-ci il 26 iyunda İtaliyanın şimal-qərbində, Piemont bölgəsinin Verbano-Cusio-Ossola əyalətində...