azbetsport_7654554

Qumar və mərc oyunları insanda qısa müddətli həyəcan yaratsa da, uzunmüddətli nəticələri çox vaxt faciə ilə bitir. Bu risk daha da böyüyür, əgər oyunçu öz pulu ilə yox, başqasının vəsaiti ilə – borc və ya kredit hesabına oynayırsa.

1. Öz riskin deyil, özgəsinin pulu

İnsanın öz qazancı ilə oynadığı halda belə itki böyük problemdir. Amma borc və ya kredit pulu ilə qumara girişmək ikiqat təhlükəlidir. Çünki burada yalnız oyunçunun deyil, borc verdiyi şəxsin və ya bankın maraqları da zərbə alır. Oyunçu həm də məsuliyyət yükü altına düşür.

2. Qanuni öhdəlik və təzyiq

Bank və BOKT-lardan (bank olmayan kredit təşkilatları) götürülən kreditlər ciddi şərtlərlə müşayiət olunur. Faiz dərəcələri, cərimələr, ödəmə gecikmələri oyunçunun vəziyyətini daha da ağırlaşdırır. Əgər o, uduzarsa (ki çox vaxt belə olur), artıq sadəcə pulunu deyil, həm də etibarını və maliyyə azadlığını itirir.

3. Çıxılmaz vəziyyətə aparan yol

Qumar üçün borc almaq oyunçunu bir növ maliyyə əsirinə çevirir. İnsan hər qapını döyməyə, tanışlardan, dostlardan pul istəməyə başlayır. Bankların təzyiqi, BOKT-ların zəngləri, kollektorların psixoloji basqısı onu daha da çıxılmaz vəziyyətə salır.

4. Sosial və ailəvi fəsadlar

Borclar artdıqca, oyunçu ailə münasibətlərində gərginlik yaradır. Həmçinin, dostlarının etibarını itirir, işdə məhsuldarlığı düşür. Borc bataqlığında olan bir oyunçunun həyat keyfiyyəti getdikcə aşağı enir, nəticədə o, depressiya və hətta intihar düşüncələrinə yuvarlana bilər.

5. “Qazansam, ödəyərəm” illüziyası

Ən böyük problem oyunçunun özünü aldatmasıdır. O düşünür ki, “bir dəfə udum, bütün borcumu bağlayaram”. Amma təcrübə göstərir ki, uduzan insan daha çox qazanmaq ümidi ilə oynayır və borc borcun üstünə gəlir.

Nəticə

Qumar üçün borc pul almaq – özünü uçuruma atmaqdır. Bu, yalnız maliyyə baxımından yox, həm də mənəvi, psixoloji və sosial baxımdan ağır fəsadlara gətirib çıxarır. İnanı yuxusuz gecələrə, hətta psixoloji çöküşə gətirib çıxarır. İstənilən halda oyunçunun yeganə çıxış yolu – borc almaq yox, problemini etiraf edib yardım axtarmaqdır.

Bunlar da maraqlıdır

“Gambler’s fallacy” – Yanıltma effekti
Bu, “əgər indi uduzuram, deməli növbəti dəfə mütləq qazanacağam” düşüncəsidir....
Nə üçün mərcdə elə hey uduzuram?
Mərc oyunları və idman proqnozları bir çox insan üçün həm...
Niyə stadiona kloun paltarında getmək olmaz?
Stadionlar yalnız idman arenaları deyil, həm də müəyyən sosial qaydalar...