
Halit Yukay «Mazu Yachts»-ın qurucusu, həmçinin Türkiyənin gənc və tanınmış yaxt dizayneridir. Halit Yukay (1982–2025) avqustun əvvəlində, daha dəqiq desək avqusun 4-də Marmara dənizində ehtiaml edilən dəniz qəzasından sonra (guya gəmi ilə toqquşub) 19 günlük axtarışdan sonra dənizin 68 m. dərinliyində cansız halda tapılıb. 43 yaşlı Halit Yukayın ölümü Türkiyə mediasında geniş rezonans doğurub və Azərbaycanda da maraqla izlənilir. Hazırda məsələ ilə bağlı istintaq hələ də davam edir.
4 avqust 2025-ci il tarixində Yalovadan öz şəxsi “Graywolf” yaxtası ilə Bozcaadaya yola çıxan Halit Yukay ilə əlaqə tamam kəsilmişdi. Ertəsi gün yaxtanın qalıqları Marmara adası açıqlarında yarısına qədər batmış halda aşkarlanmış və genişmiqyaslı axtarış başlanmışdı. 19 gün sonra, avqustun 23–24-ü aralığında, hadisə rayonunda 68 m dərinlikdə cəsəd aşkar edilərək sudan çıxarılıb.
lkin tapıntılar “Graywolf”un «Arel 7» quru yük gəmisi ilə toqquşduğunu göstərir: gəminin baş tərəfindəki qopma-qaşınma izləri, boyanın analiz nəticələri və radar qeydləri sübut materialları kimi istintaq materiallarına daxil edilib. Gəminin kapitanı “ehtiyatsızlıqla ölümə səbəb olma” ittihamı ilə saxlanılıb. İstintaq orqanları və sahil mühafizəsi işin təfərrüatlarını araşdırmaqdadır.
Halit Yukay 1982-ci ildə İstanbul, Türkiyədə dünyaya gəlib. Rəsmi mənbələrdə onun yerli kökləri və ailəsinin hansı bölgəyə məxsusluğu haqqında hələ ki, dəqiq məlumat yoxdur. Halit Yukay’ın harada və hansı ixtisas üzrə təhsil aldığına dair konkret məlumat verilməyib. Lakin bəzi mənbələrdə onun “mühəndislik” və “interyer dizaynı” sahəsində təhsil aldığı, xüsusən dəniz və dizayn sahəsində işləməyə uyğun biliklərə sahib olduğu qeyd olunur. Mazu Yachts-ın qurucusu kimi onun həm dizayn, həm də texniki bacarıqlara sahib olması, ölkənin dəniz sənayesi sahəsində özünü sübut etməsinə kömək etmişdir.
Mediadakı rəsmi bilgilərə görə, Halit Yukay 2014-cü ildən yunan əsilli iş xanımı Rania Stypa ilə evli idi və cütlüyün bir övladı var. Stypa Mazu Yachts-da marketinq və ictimaiyyətlə əlaqələr üzrə rəhbər vəzifə daşıyırdı.