
Value betting anlayışını başa düşmək üçün ehtimal və əmsalın nə demək olduğunu bilmək vacibdir. Əgər bir hadisənin baş vermə ehtimalı 50 faizdirsə, bu hadisə üçün normal əmsal 2.00 sayılır. Amma bukmeker həmin hadisəyə 2.50 əmsal verirsə və həqiqətən də şans 50 faizdirsə, burada dəyərli mərc imkanı yaranır. Belə mərclərdə uzun müddətdə üstünlük oyunçunun tərəfində olur. Bəzən məğlubiyyət olsa da, davamlı value mərclər ümumi mənfəət gətirir. Value betting strategiyası ehtimallara əsaslanır. Çünki bukmekerlər və oyunçular hər zaman riyazi dəqiq olmur, çox vaxt emosiyalara qapılırlar. Populyar komanda (Barcelona, Real Madrid) və ya ulduz oyunçuya (Ronaldo, Messi) maraq çox olduğu üçün onların əmsalı real şansdan daha aşağı olur. Əksinə, diqqətdən kənarda qalan, amma gizli potensialı olan komanda və oyunçulara daha yüksək əmsal təklif edilir. Value betting strategiyası da məhz bu uyğunsuzluqları tapmaq və onlardan faydalanmaq üzərində qurulub.
- Burada məqsəd əmsalda bukmekerin səhvini tapmaqdır.
- Əmsal bukmeker tərəfindən olduğundan yüksək verilibsə və real ehtimal daha çoxdursa, o mərc “value” sayılır.
- Bu, qısa müddətdə riskli görünə bilər, amma uzunmüddətli strategiyada qazanc verir.
Məsələn:
Əslində komandanın qələbə şansı 60%-dir, amma bukmeker əmsalı 2.20 (≈ 45%) kimi qoyub. Açıq aşkar görünür ki, bukmeker komandanın real gücünü bilərədkən doğru qiymət verib dəyərləndirmir. Yəni, az dəyərləndirir. Bu zaman aşkar etdiyiniz həmin mərc dəyərli mərc (value betting) sayılır.