
Hər mərc üçün eyni məbləğ qoyulur. Məbləğ adətən ümumi kapitalın kiçik bir faizi olur (məsələn, 2–5%).
Tətbiq alqoritmi
- Ümumi kapitalını müəyyən edirsən. Yəni, məsələn, 1000 manat sayta depozit edirsən
- Gündəlik və ya hər mərc üçün sabit məbləğ seçirsən. (məsələn, 20 manat = kapitalın 2%-i) və özünə söz verirsən ki, bütün oyunlara 20 manatdan çox pul qoymayacaqsan.
- Hər oyuna yalnız bu məbləği qoyursan. Uduzsan da, qazansan da, məbləğ dəyişmir.
Nümunə
- Kapital: 1000 manat
- Daimi mərc məbləği: 20 manat
1-ci oyun: Qazandın → +18 manat (əmsal 1.90)
2-ci oyun: Uduzdun → –20 manat
3-cü oyun: Qazandın → +18 manat
Ümumi nəticə: –20 + 18 + 18 = +16 manat
Üstünlük: Bunun əsas üstünlüyü odur ki, özünü və qazancını idarə etmək asandır. Balansın tez bitmir. Uduzma seriyasında böyük risk olmur.
Çatışmazlıq: Qazanc yavaş artır. Böyük məbləğdə balans (depozit) qoymalı olursan. Oyunçu hər dəfə eyni məbləğdə mərc edir. Məsələn, kapitalının 2%-i qədər hər mərcdə qoyur. Bu, emosional qərarların qarşısını alır və uzunmüddətli strategiya üçün rahatdır. Bunu özünü saxlaya bilməyən oyunçular istifadə edir ki, həm mərc edib özlərini sakitləşdirsinlər, həm də bankrot olmasınlar.