azbetsport_7456

Azart oyunlarının ən təhlükəli psixoloji tələlərindən biri “near miss” – yəni “az qalmışdı ki, udum”, «qıl yazdım» fenomenidir. Bu, oyunçunun qalibiyyətə çox yaxınlaşdığı, amma sonda uduzduğu hallara deyilir. Bu zaman oyunçuda özgüvən formalaşır. Özünü professional hiss edir. Bu zaman beyində kimyəvi dəyişikliklər baş verir: dopamin reseptorlarının həssaslığı azalır. Oyunçu eyni həyəcanı hiss etmək üçün daha böyük uduşlara fokuslanır. Maraqlıdır ki, insan beynində bu vəziyyət tam məğlubiyyət kimi yox, qismən qalibiyyət kimi qəbul olunur. Ona görə də oyunçu daha da motivasiya olur, “bu dəfə az qaldı, deməli, növbəti dəfə mütləq qazanacağam” düşüncəsinə düşür.

Tutaq ki, bir oyunçu 5 matçdan ibarət kupon tərtib edib. 4 matç dəqiq çıxır, yalnız sonuncuda 90+ dəqiqədə qol vurulur və kupon yanır. İtkisi real olsa da, oyunçu bunu uduzmaq kimi yox, “demək olar ki, qalib oldum” kimi dəyərləndirir. Bu isə onu növbəti dəfə daha böyük risk etməyə sövq edir.

Bəzən kuponda yüzlərlə manat udmaq şansı yaranır, amma yalnız 1 hadisə tutmur, yəni təkcə bir oyun gəlmir. Məsələn, oyunçu 10 hadisəlik ekspress kupon oynayır, 9-u gəlir, bir oyunda isə favorit komanda gözlənilmədən heç-heçə edir. Məntiqi olaraq oyunçunun kuponu uduzub, amma beynində “9 oyunu düz tapdım, deməli, mən çox peşəkaram” düşüncəsi formalaşır. Bu da onu yenidən mərc etməyə vadar edir.

Lotereyada da eyni mexanizm işləyir. Tutaq ki, oyunçu 6 rəqəmdən 5-ni düzgün seçir. Əslində uduzub, amma “cəmi 1 rəqəm çatmadı” düşüncəsi gələcəkdə yenidən oynaması üçün güclü stimul olur. Ən pisi isə odur ki, bu “az qalmaq” hissi real qalibiyyət illüziyası yaradır.

Ona görə də, “Near miss” effekti oyunçunun psixikasını aldadan güclü faktor kimi qəbul edilib. Tam uduzmaq insanı oyundan soyuda bilər, amma “az qalmışdı” hissi insanı oyuna bağlayır, hətta qumar aludəçiliyinin — ludomaniyanın yaranmasında əsas mexanizmlərdən biri kimi çıxış edir.

Bunlar da maraqlıdır

İlk 15 dəqiqədə qol vurulubsa, oyun alt...
Futbol statistikası göstərir ki, matçın erkən mərhələlərində – xüsusilə də...
"Tipster" kimlərə deyilir?
Tipster termini idman mərc oyunları sahəsində istifadə olunur və əsasən...
Kazinoda niyə saat olmur və niyə əksər...
Kazinoların dizaynı təsadüfi şəkildə qurulmur. Hər detal – musiqidən işıqlandırmaya,...