Oyunçu elə düşünür ki, nəticəyə özü təsir edə bilər. Məsələn, zər atanda güclü atmaqla, slot maşınında “düz vaxtda” düyməyə basmaqla, yaxud futbolda öz “təhlil bacarığı” ilə udacağını güman edir. Halbuki nəticə tamamilə təsadüfidir, şansa və ehtimala bağlıdır.
Bəzən oyunçu dostlarını da mərc etdiyi idman oyununa baxmağa cəlb edirb onları da “sıxmağa” təhrik edir. Yaxud oyunçu oyunun gedişatına ümidini tamam üzüb əlində qalan bütün vəsaiti “va-bank” gedərək “Əşi, nə olur olsun, daha bezdim, guya əlimdə qalan bu pulla nə edəcəyəm” düşüncəsi ilə balansındankı olan-qalan pulunu da mərcə yatırıb daha böyük risk alır.
Bunlar da maraqlıdır
Futbolda “gameback” (geymbək) termini, oyunun gedişatında geri düşən bir komandanın...
Stadionlarda oyun izləyən fanatların çoxu həqiqətən də rəsmi mərc oynayanlar...
Bu sistemdə uduzanda mərc məbləğini bir addım artırırsan, qalib gələndə...





