azbetsport_754565

Uduzan oyunçu itirdiyini geri qaytarmaq üçün daha böyük vəsaitlə mərc edir. Hətta bu vəsaiti əldə etmək üçün ona məxsus olmayan pullardan və ya bank kreditlərindən istifadə edir. Bu zaman ona hakim kəsilən “Udan kimi çıxacam” düşüncəsi ilə daha dərin zərbə alır. Bu, borc bataqlığına aparan ən təhlükəli effektlərdəndir.

Əsl təhlükə isə ondadır ki, bu proses insanın rasional düşünmə qabiliyyətini tədricən söndürür. Oyunçu artıq qazanmaq üçün yox, utduğunu ört-basdır etmək üçün oynayır. Məqsəd dəyişir, amma fərqinə varılmır. Beyin uduzmanı “tamamlanmamış iş” kimi qəbul edir və onu bağlamağa çalışır. Nəticədə hər yeni mərc əvvəlkindən daha riskli olur.

Maraqlıdır ki, araşdırmalara görə, insan beyni itkini qazancdan təxminən 2 dəfə daha güclü hiss edir. Yəni 100 manat qazanmaq verdiyi sevinc, 100 manat itirməyin yaratdığı psixoloji ağrı ilə müqayisədə çox zəif qalır. Bu səbəbdən oyunçu uduzduqda, həmin ağrını aradan qaldırmaq üçün impulsiv qərarlar verməyə meylli olur.

Digər bir fakt: “chasing losses” effekti zamanı insanlar uduzduqları məbləği olduğundan az, oynadıqları ümumi məbləği isə olduğundan çox xatırlayırlar. Bu isə “artıq çox pul xərcləmişəm, bir az da oynasam nə olar ki?” düşüncəsini yaradır. Halbuki məhz bu “bir az da” ifadəsi ən təhlükəli mərhələdir.

Bu mərhələdə oyunçu çox vaxt özünə belə deyir:

  • “Bir dəfə udum, çıxıram”
  • “Bu son mərcdir”
  • “İndi şans məndən yanadır”

Amma statistika tam əksini göstərir: uduzduqca udmaq ehtimalı artmır. Sadəcə risk böyüyür, itkilər dərinləşir.

Ən paradoksal məqam isə budur: oyunçu bəzən qazanır. Amma bu qazanclar rahatlıq yox, daha böyük risk üçün bəhanə yaradır. Çünki beyin artıq məntiqlə deyil, emosiyalarla idarə olunur.

Nəticədə “chasing losses” təkcə maliyyə problemi deyil, psixoloji tələyə çevrilir. İnsan nə vaxt dayandığını yox, nə vaxt başlamalı olduğunu xatırlayır. Halbuki ən ağıllı addım bəzən oynamamaqitkini qəbul etməkdir.

Unutmaq olmaz:
— uduzulan pul zamanla, əziyyətlə geri qayıda bilər,
— amma itirilən sağlamlıq, nəzarət və vaxt çox vaxt daha baha başa gəlir.

Bunlar da maraqlıdır

2000-ci illərin bukmeker kontorları
2000-ci illərdə Azərbaycan bazarında bukmeker kontorları əsasən qeyri-rəsmi formada fəaliyyət...
Nə üçün mərcdə elə hey uduzuram?
Mərc oyunları və idman proqnozları bir çox insan üçün həm...
Oyun provayderləri və saytların altyapısı
Kazino və mərc saytlarının infrastrukturunun düzgün qurulması oyunçular üçün həlledici...