azbetsport_64422

“Trigger” sözü ingilis dilindən tərcümədə “tətik”, “atəş açmaq üçün basılan düymə” mənasını verir. Psixologiyada isə “trigger” insanın beynində əvvəlki emosional xatirəni oyadan, müəyyən davranışı və ya reaksiyanı hərəkətə gətirən xarici və ya daxili siqnal anlamını daşıyır.

Sadə dillə desək: Trigger – insanın içində gizlənmiş emosiyanı, xatirəni və ya vərdişi “oyadan səbəb”dir. Başqa sözlə, insanı əvvəlki vərdişinə qaytarmaq üçün onu təhrik edən, emosional partlayışını tətikləyən səbəblər toplusudur. Bəs bunun səbəbi nədir? Çünki, beynimiz emosional yaddaşa çox həssasdır. Keçmişdə yaşadığımız güclü duyğular (sevinc, qorxu, travma, həyəcan) beyində iz qoyur. Sonradan hər hansı bir hadisə həmin izi oyadır və biz sanki o emosiyanı yenidən yaşayırıq. Bu hadisəyə trigger effekti deyilir.

Triggerlərin növləri

1. Müsbət triggerlər

İnsana yaxşı hisslər bəxş edən tetiklərdir.
Nümunə:

  • Uşaqlıqda sevdiyin yeməyin qoxusunu hiss etmək → xoş xatirələri oyadır.
  • Musiqi dinləmək → müəyyən mahnı gəncliyi və ya bir sevgini xatırladır.

2. Mənfi triggerlər

Keçmişdəki travmaları, qorxuları və ya pis vərdişləri oyadır.
Nümunə:

  • Bir vaxtlar mərcdən uzaqlaşmış insanın kazino reklamı görməsi → oyuna meyl oyana bilər.
  • Keçmişdə qəza keçirən insanın təkcə təkər səsi eşitməsi → qorxu və həyəcan yarada bilər.

İnsanı real həyatda tətikləyən səbəblər

  • Mərc oyunlarında: bonus reklamları, dostların “mən qazandım” söhbətləri.
  • Asılılıqda (siqaret, alkoqol, oyun): siqaret iyini duymaq, bara daxil olmaq, oyun reklamı görmək.
  • Travmalarda: keçmişdə zorakılıq görən insanın oxşar bir səsi eşitməsi.
  • Sevinc xatirələrində: toy mahnısı eşidən şəxsin öz toyunu xatırlaması.
  • Postravmatik hallarda: — Müharibə və münaqişədə eşitdiyi səslər və aldığı zədələr.

Beləliklə, trigger – insanın beynində gizli qalan emosiyaları oyadan, müəyyən davranış və reaksiyanı tətikləyən səbəbdir. O, həm müsbət, həm də mənfi ola bilər. Həyatımızdakı seçimlərdə triggerləri tanımaq çox vacibdir, çünki onlar bəzən bizi istəmədiyimiz vərdişlərə qaytara, bəzən də xoş xatirələrlə gücləndirə bilər.

Bunlar da maraqlıdır

Əmsalı az olsa belə, yüz faizlik oyun...
Mərc oyunlarında bəzən oyunçular düşünür ki, “əmsalı az olan oyun,...
Fribet (Free Bet) nə deməkdir?
Fribet (Free Bet) – bukmeker şirkətlərinin oyunçulara verdiyi pulsuz mərc...
Pauilin Qraboş - cazibədar trek velosipedçisi
1998-ci il 14 yanvarda Almaniyanın Magdeburq şəhərində anadan olan Pauilin...