azbetsport_86567

Cənubi Afrika Respublikasından olan “ValX” psevdonimli tipsterimizin təxminini təqdim edirik.

Arsenal – 47%
Arsenal yay transfer pəncərəsində Viktor Gyökeres, Martín Zubimendi və Noni Madueke kimi oyunçuları heyətinə qatıb. Komanda həm hücum, həm də mərkəzə nəzarət gücünü artırıb. Analitiklər bildirirlər ki, Arsenal psixoloji baryeri aşarsa, çempionluq şansı çox realdır.

Manchester City – 32%
City bu yay daha sakit transfer dövrü yaşasa da, Tijjani Reijnders və Rayan Cherki kimi futbolçularla güclənib. Bununla belə, De Bruynenin gedişi və yenilənən heyətin uyğunlaşma problemi ilə bağlı risk yaratsa da, bu tezliklə aradan qalxacaq. Manchester City-nin əsas sirri ondadır ki, Pep Guardiolanın taktiki çevikliyi və xG potensialı sayəsində komanda hətta yenilənmə mərhələsində belə yüksək səviyyədə rəqabət apara bilir.

Liverpool21%
Liverpool 2025–26 mövsümünə çempion kimi başlayır. Lakin bu komanda tez alışıb tez sönən komandadır. Arne Slotun rəhbərliyi altında sabit çıxış, məğlubiyyətsiz seriya və güclü komanda ruhu onları titulun əsas namizədi edir. Florian Wirtz, Alexander Isak və digər transferlər heyəti daha da möhkəmləndirib. Ekspertlər Liverpulu titulun əsas favoriti hesab edə bilər, amma reallığa baxmaq lazımdır.

Proqnoz
Ümumi qənaəti belədir ki, 2026-cı il mövsümündə Arsenal titulun ən böyük favoritidir. Əksər mərclər bu komanda üçün oynanılacaq. Liverpul isə hamıya qarşı “bərk qoz” kimi çıxış edib qapını çırpan rəqib kimi xarakterizə olunur. Manchester City isə sürpriz edə biləcək təhlükəli komanda olaraq qalır, turnir cədvəlində gözlənilməz sıçrayışlar edərsə, çempion ola bilər.

Bunlar da maraqlıdır

Oğlan niyə hər dəfə uduzandan sonra daha...
Bəzi kişilər uduzduqca susmur, əksinə daha böyük danışmağa başlayırlar. Elə...
İlk 15 dəqiqədə qol vurulubsa, oyun alt...
Futbol statistikası göstərir ki, matçın erkən mərhələlərində – xüsusilə də...
Oğlan niyə səbəbsiz yerə dava axtarır?
Bəzən qız hiss edir ki, ortada real problem yoxdur, amma...