azbetsport_7456

KYC, yəni “Know Your Customer” (Müştərini Tanı) – banklar, maliyyə və mərc şirkətləri tərəfindən tətbiq olunan prosedurdur. Məqsəd müştərilərin kimliyini təsdiqləmək və qanunsuz əməliyyatların qarşısını almaqdır.

KYC prosesinə daxil olan əsas addımlar:

  • Şəxsiyyət vəsiqəsi və ya pasportun təqdim edilməsi
  • Ünvanın təsdiqlənməsi (kommunal ödəniş qəbzi və ya bank çıxarışı ilə)
  • Bəzən ödəmə kartı və ya hesab məlumatlarının yoxlanması

Niyə vacibdir?

  • Saxta hesabların qarşısını almaq üçün;
  • Pul yuma və digər qanunsuz əməliyyatları aşkarlamaq üçün;
  • Maliyyə sistemində təhlükəsizliyi təmin etmək üçün (Məsələn, işçi şirkətin onun ixtiyarına verdiyi pulu istədiyi anonim şəxsə göndərib pulu mənimsəyə bilməsin).

Nəticə

Onlayn mərc şirkətinə 500$ yatırmaq istəyən istifadəçi əvvəlcə KYC prosedurundan keçməlidir. Şəxsiyyətini təsdiqlədikdən sonra mərc edə və pulunu çıxara bilər. Əgər KYC tamamlanmazsa, əməliyyatlar bloklana bilər. KYC proseduru yalnız müştərinin təhlükəsizliyini təmin etmir, həm də mərc şirkətləri üçün vacibdir. Əgər istifadəçi saxta məlumatlarla qeydiyyatdan keçərsə, bonuslardan sui-istifadə edə, arbitraj və ya digər qeyri-qanuni mərc strategiyaları tətbiq edə bilər. KYC sayəsində şirkət, həmçinin çirkli pulların yuyulması və maliyyə cinayətlərinin qarşısını alır, beləliklə, həm istifadəçilərin, həm də şirkətin maliyyə təhlükəsizliyini təmin edir.

Nümunə: Bir istifadəçi birdən çox hesab açaraq pulsuz fribet və bonusları toplamağa çalışır. KYC yoxdursa, bu mümkün ola bilər. Şəxsiyyətin təsdiqi tələb olunduqda, şirkət saxta hesabları dərhal bloklaya bilir və fırıldaqçılığın qarşını ala bilir.

Bunlar da maraqlıdır

Mariya Şarapova – dünya tennisinin parlaq simalarından...
1987-ci il 19 aprel tarixində Rusiyanın Nyagan şəhərində anadan olan...
D’Alembert sistemi (Dalamanber system)
Bu sistemdə uduzanda mərc məbləğini bir addım artırırsan, qalib gələndə...
0:0 bitən oyununu əvvəlcədən müəyyən etmək mümkündürmü?
Futbol azarkeşlərinin və mərc oyunçularının ən çox maraqlandığı mövzulardan biri...