azbetsport_7578

“Bir az da səbir et” cümləsi münasibətdə bəzən ümid verir. İnsan düşünür ki, qarşı tərəf həqiqətən çətin dövrdən keçir və zamanla hər şey düzələcək. Amma bu söz aylarla, hətta illərlə təkrarlanırsa və ortada heç bir real dəyişiklik yoxdursa, artıq bu, səbir istəyi yox, məsuliyyətin təxirə salınmasıdır. Oğlan hər dəfə eyni cümlə ilə qızı sakitləşdirir, amma nə borclar azalır, nə davranış dəyişir, nə də münasibətdə sabitlik yaranır.

Mərc və qumar asılılığı olan adamlar bu cümləni çox işlədirlər. Çünki onlar həm özlərini, həm də qarşısındakını gələcəkdə düzələcək saxta bir mənzərə ilə yaşadırlar. “Bu ay toparlanacağam”, “bir az da vaxt ver”, “indi üstümə gəlmə” kimi cümlələr problemə çarə deyil, problemin görünməsini gecikdirmək üsuludur. Belə adamın beynində dəyişiklik niyyəti ola bilər, amma addım yoxdursa, niyyət heç nəyi həll etmir.

Bu cümlənin təhlükəsi ondadır ki, qız da zamanla öz həyatını gözləmə rejiminə keçirir. Plan qurmaq əvəzinə gözləyir, qərar vermək əvəzinə anlayış göstərir, çıxış yolu axtarmaq əvəzinə təsəlli verir. Beləcə münasibət irəli getmir, sadəcə uzanır. Ən ağır tərəfi isə budur ki, bu gözləmə bəzən sevgidən yox, ümidə yapışmaqdan yaranır. Oğlan da bunu hiss etdikcə dəyişmək yerinə daha rahat uzadır.

Əgər “bir az səbir et” cümləsi real addımlarla müşayiət olunmursa, deməli pox yeyir, o artıq söz yox, alətdir. Yardım almaq, borcları açıq demək, maliyyəni düzəltmək, oyunlardan uzaq durmaq kimi konkret şeylər yoxdursa, orada sadəcə vaxt qazanılır. Qızın anlamalı olduğu budur: səbir yalnız hərəkət olan yerdə mənalıdır. Hərəkət yoxdursa, səbir bir gün insanın özünü də yorur, inamını da yeyir.

Bunlar da maraqlıdır

Qırmızı kart alan komanda necə olur qol...
Futbolun ən maraqlı paradokslarından biri ondan ibarətdir ki, bir komanda...
Canlı rejimdə mərc etmək taktikası
Canlı yayım zamanı mərc etmək çox vaxt statistikanı analiz etməkdən...
Scalping (Odds Movement Trading) nədir?
Scalping, mərc mübadiləsi (Exchange Betting) bazarında istifadə olunan qısa müddətli...