876545

Mərc dünyasında qəribə bir detal var: bəzi peşəkar oyunçular həftəsonu Premyer Liqadan yox, qadın futbolundan qazanc axtarır. İlk baxışda bu qəribə görünür. Çünki kütlə hələ də qadın futboluna “ikinci dərəcəli bazar” kimi baxır. Amma məhz problem də buradan başlayır.

Kütlə oyuna emosional baxır. Peşəkar bettor isə bazara. Və bazar baxımından qadın futbolu uzun müddət “diqqətdən kənar qalan zona” hesab olunurdu. Kişi futbolunda artıq hər şey analiz olunur. Hər statistika, hər zədə xəbəri, hər taktiki detal saniyələr içində əmsallara təsir edir. Premyer Liqa və ya Çempionlar Liqasında bazarı “aldatmaq” çox çətindir. Çünki orada milyonlarla insan eyni anda eyni məlumatı izləyir.

Qadın futbolunda isə vəziyyət uzun müddət fərqli idi. Bəzi liqalarda əmsallar gec yenilənirdi. Komandalar haqqında məlumat az olurdu. Bazar daha “yumşaq” işləyirdi. Bu isə diqqətli oyunçular üçün fürsət yaradırdı.

Amma burada çox vacib nüans var:
Qadın futbolu “asan bazar” deyil.

Əksinə, bəzən daha təhlükəlidir.

Çünki bu oyunlarda ritm daha dəyişkən olur. Bir qol oyunun psixologiyasını tam dağıda bilir. Müdafiə xətaları daha çox görünür, emosional qırılmalar daha sürətli yaşanır.

Məsələn, kişi futbolunda 2:0 hesabından sonra komanda tempi öldürə bilir. Qadın futbolunda isə eyni vəziyyətdə oyun birdən daha açıq hala gəlir. Bir qol gəlir və matç tamamilə xaosa çevrilir.

Canlı mərc edənlərin qadın futbolunu izləməsinin əsas səbəbi də budur. Çünki burada “ölmüş oyun” anlayışı daha zəifdir. 75-ci dəqiqədə sakit görünən matç son 10 dəqiqədə 3 qolla bitə bilər. Bir başqa vacib detal isə favoritlərin davranışıdır.

Kişi futbolunda top komandalar hesabı qorumağı çox yaxşı bacarır. Qadın futbolunda isə üstünlük qazanan komanda çox vaxt hücuma davam edir. Bu da “üst”, “növbəti qol”, “hər iki komanda qol vurar” kimi bazarları daha maraqlı edir.

Amma ən böyük səhv bilirsiz nədir? İnsanların qadın futbolunu kiçik görməsi. Məhz bu rahatlıq kuponları yandırır.

Çünki futbol yenə futboldur. Təzyiq, motivasiya, taktika və emosiyalar burada da eyni işləyir. Sadəcə ritm fərqlidir.

Peşəkar bettorlar qadın futbolunda ən çox bunlara baxır:

Komandanın emosional reaksiyası
Müdafiə intizamı
Canlı oyunda temp dəyişiklikləri
Geri dönüş potensialı
Favoritlərin hesabdan sonra davranışı

Xüsusilə beynəlxalq turnirlərdə bu fərq daha açıq görünür. Güclü komandalar bəzən hesab böyüsə belə dayanmaq istəmir və oyun son dəqiqəyə qədər açıq qalır. Məhz buna görə bəzi peşəkarlar qadın futbolunu “ən canlı bazarlardan biri” hesab edir. Çünki burada oyun bir anda dəyişə bilir. Və mərcdə bəzən ən böyük fürsət məhz hamının ciddi yanaşmadığı yerdə gizlənir.

Bunlar da maraqlıdır

Niyə kişilər qadınlardan daha çox qumar oynayır?
Beynəlxalq tədqiqatlara əsasən, kişilərin 4,2%-i problemli qumarbaz kimi qeyd edilir,...
Autsayder komanda niyə ilk hissədə müqavimət göstərir?
Bəzi zəif komandalar oyunun əvvəlində çox intizamlı görünür. Onlar bilirlər...
Türkiyə - Kosovo oyununda niyə minimal hesab...
2026-cı il Dünya Çempionatının pley-off mərhələsi çərçivəsində baş tutan Kosovo...