azbetsport_75877433

Mərc dünyasında elə seçimlər var ki, demək olar hər oyunçu ən azı bir dəfə onların qurbanı olub. Kağız üzərində “asan görünən”, yüksək ehtimallı hesab edilən bu seçimlər çox vaxt kuponların ən ağrılı şəkildə yanmasına səbəb olur.

Ən maraqlısı isə budur: insanlar adətən çətin seçimdən yox, “banko” hesab etdikləri seçimdən yanırlar.

Çünki futbolun ən təhlükəli tərəfi məhz budur – o, insanı rahatlaşdırır.

Mərcdə ən çox yanan seçimlərin başında ağır favorit qələbələri gəlir. Xüsusilə də əmsalı 1.20 – 1.30 arası olan komandalar. Kağız üzərində hər şey ideal görünür: heyət güclüdür, rəqib zəifdir, statistika üstünlük göstərir. Amma futbol kompüter oyunu deyil.

Belə matçlarda favorit komandalar çox vaxt tempə qənaət edir, motivasiya problemi yaşayır və ya oyunu “onsuz da udarıq” rahatlığı ilə keçirirlər. Rəqib üçün isə bu cür oyunlar mövsümün matçına çevrilir. Nəticədə ən çox yandıran məhz “ən rahat görünən” seçim olur.

Bunlar da maraqlıdır

Listed Pitchers nə deməkdir?
Listed Pitchers əsasən beysbol mərclərində istifadə olunan xüsusi şərtdir. Bu...
Əgər 5 dəqiqə ərzində 2 qol varsa...
Futbolda qısa müddətdə, xüsusilə də 5 dəqiqə ərzində 2 qolun...
Niyə bəzən favorit komanda autsayderlə oyunda daha...
İlk baxışdan məntiq sadə görünür: oyunu idarə edən, topa daha...