azbetsport_34567

Mərc aləmində bəzi çempionatlar var ki, illərlə oxşar futbol xarakterini qoruyur. İran Pro Liqası və Argentina Primera Division da məhz belə liqalardandır. Bu çempionatları uzun müddət izləyənlər bir detalı çox yaxşı bilir:

Burada oyunlar tez-tez aşağı hesabla bitir.
İlk hissələr çox vaxt heç-heçə olur.
0:0 və ya 1:0 ssenarisi adi hala çevrilir.
Və ən maraqlısı — erkən qol vuran komanda dərhal müdafiəyə oturur.

İlk baxışda bu darıxdırıcı görünə bilər. Amma əslində bunun arxasında çox ciddi futbol mentaliteti dayanır.

İran və Argentina futbolunun ən böyük ortaq cəhəti nəticə yönümlü düşüncədir.

Bu liqalarda məşqçilər ilk növbədə “uduzmamağı” düşünürlər. Risk minimuma endirilir, xətlər sıx oynayır, komanda strukturu pozulmur. Xüsusilə ilk hissələrdə futbolçular oyunu “yoxlayaraq” oynayırlar. Buna görə də ilk 30 dəqiqədə tempo çox vaxt aşağı olur. Komandalar açıq futbol oynamır. Çünki erkən buraxılan qol bütün planı dağıda bilər. Ona görə də ilk hissələrdə əsas məqsəd oyunu nəzarətdə saxlamaqdır.

Məhz bu səbəbdən:
İlk hissə heç-heçəsi,
İlk hissə alt,
0:0 fasilə hesabı
bu liqalarda ən çox işləyən bazarlardan sayılır.

Amma əsas maraqlı detal başqa yerdədir. Bu çempionatlarda qol vurmaq çox vaxt oyunu açmır – əksinə, bağlayır.

Məsələn, Avropa futbolunda erkən qol vurulan oyunlarda tempo yüksələ bilir. Rəqib risk edir, boşluqlar yaranır və matç açılır.

İran və Argentina futbolunda isə tam əksi olur. Komanda 1:0 önə keçən kimi refleks olaraq geri çəkilir. Müdafiə xətləri dərinləşir, tempo aşağı salınır, oyun parçalanmağa başlayır. Çünki həmin komandalar üçün 1:0 çox vaxt “ideal hesab” sayılır. Bu mentalitet xüsusilə Argentina futbolunda çox hiss olunur. Orada futbol emosional olsa da, taktiki risk məsələsində komandalar həddindən artıq ehtiyatlıdır. Xüsusilə səfər oyunlarında əsas məqsəd əvvəlcə oyunda qalmaq olur.

İran futbolunda isə bu yanaşma daha sərtdir.

Orada müdafiə intizamı bəzən oyunun estetik hissəsini tam öldürür. Komandalar mərkəzi bağlayır, tempi parçalayır və oyunu fiziki mübarizəyə çevirirlər. Nəticədə nə baş verir?

Birinci hissə 0:0.
Sonra bir qol.
Və həmin qol çox vaxt matçın taleyini həll edir.

Mərc edənlər üçün bu çox vacib detal sayılır.

Çünki insanlar çox vaxt “statistik düşüncə” ilə oynayır:
“Bu komanda favoritdir, deməli çox qol olacaq.”

Amma bu liqalarda favorit olmaq hücum futbolu demək deyil. Əksinə, favorit komandalar hesabı əldə etdikdən sonra daha da ehtiyatlı oynayır. Peşəkar bettorların İran və Argentina liqalarında ən çox baxdığı bazarlar bunlardır:

İlk hissə heç-heçə
İlk hissə alt
0:0 fasilə hesabı
Oyunda 2.5 alt
Dəqiq hesab 1:0 və 0:0
İlk qolu vuran komandanın qalibiyyəti

Çünki bu çempionatlarda futbol çox vaxt “bir səhv etməmə” üzərində qurulur. Və məhz buna görə bəzən ən yaxşı mərc hücum axtarmaq yox, oyunun necə bağlanacağını əvvəlcədən hiss etmək olur. İran və Argentina futbolunun sirri də buradadır. Burada futbolu hesab yox, səbir idarə edir.

Bunlar da maraqlıdır

“Availability bias” – Yadda qalan qalibiyyət effekti
Oyunçu yaddaşında əsasən udduğu məqamları saxlayır, uduzduqlarını isə unudur. Məsələn,...
Asian Handicap Zig-Zag strategiyası nədir?
Asian Handicap Zig-Zag strategiyası elə bir mərc strategiyasıdır ki, Asian...
Mərc asılılığı olan kişi niyə ən çox...
Bir çox qız düşünür ki, əgər kişi sevirsə, məhz onu...