azbetsport_7456

Kazino və mərc saytlarının infrastrukturunun düzgün qurulması oyunçular üçün həlledici rol oynayır. Bu infrastruktur yalnız texniki tərəfdən deyil, həm də istifadəçi təcrübəsi, təhlükəsizlik və ədalətli oyun prinsiplərinin qorunması baxımından böyük əhəmiyyət daşıyır.

Kazino və mərc oyunları təmin edən bu şirkətlərin yaranma tarixi də maraqlı inkişaf mərhələlərindən keçib. İlk dövrlərdə – 1990-cı illərdə oyun sənayesi əsasən fiziki kazinolarda cəmləşmişdi. İnternetin sürətlə yayılması ilə birlikdə onlayn əyləncə bazarı formalaşmağa başladı və bu tələbat yeni proqram təminatı şirkətlərinin yaranmasına səbəb oldu. Microgaming 1994-cü ildə ilk onlayn kazino proqramını yaratdı və bu, bütün sənaye üçün dönüş nöqtəsi oldu. Ardınca NetEnt, Playtech, Evolution Gaming kimi şirkətlər bazara daxil olaraq texnologiyanı daha da təkmilləşdirdi – canlı diler oyunları, yüksək qrafikalı slotlar və mobil platformalara uyğun həllər hazırladı. Beləliklə, bugünkü iri provayderlər kiçik texnoloji startaplardan başlayaraq, illər ərzində həm oyunçuların etimadını qazanmış, həm də bütün onlayn qumar sənayesinin aparıcı güclərinə çevrilmişlər.

Bu provayder şirkətlərin əksəriyyəti Avropa mərkəzlidir. İlk öncə Böyük Britaniya, İsveç, Malta və Cəbəllütariq kimi ölkələrdə fəaliyyət göstərməyə başlayıblar. Məsələn, NetEnt və Evolution Gaming İsveçdə yaradılıb, Playtech Estoniyada əsası qoyulsa da, hazırda mənzil-qərargahı Böyük Britaniyada yerləşir. Microgaming isə 1994-cü ildə Man adasında qurulub və indiyə qədər bu regionun ən güclü şirkətlərindən sayılır. Malta isə beynəlxalq lisenziyaların və qumar qanunvericiliyinin çevikliyi səbəbindən bu sənayenin əsas mərkəzlərindən birinə çevrilib. Son illərdə Asiya və Şimali Amerika bazarında da yeni provayderlər meydana çıxsa da, dünya üzrə əsas təmərküzləşmə hələ də Avropa ölkələrinin payına düşür.

Bur bazarda ən vacib komponentlərdən biri oyun təminatçılarıdır. Çünki oyunların keyfiyyəti, sürəti və nəticələrin şəffaflığı məhz onların hazırladığı proqram təminatından asılıdır. Güclü və etibarlı provayderlərlə işləyən saytlar oyunçulara yüksək sürətli, qrafik cəhətdən zəngin və eyni zamanda ədalətli oyunlar təqdim edə bilir.

Məsələn, Microgaming, NetEnt, Playtech və Evolution Gaming kimi dünyaca məşhur şirkətlər həm oyunların keyfiyyəti, həm də oyunçulara təqdim etdiyi şəffaf mexanizmləri ilə tanınır. Belə provayderlər mütəmadi olaraq oyun alqoritmlərini beynəlxalq standartlara uyğunlaşdırır, nəticələrin təsadüfi və ədalətli olmasını təmin edir.

Digər tərəfdən, düzgün provayder seçimi oyunçuların etimadını artırır. Oyunçular daha çox güvənirlər ki, oyun nəticələri manipulyasiya olunmur və uduş ehtimalları real statistikaya əsaslanır. Bundan əlavə, tanınmış şirkətlərin təqdim etdiyi oyunların əksəriyyəti lisenziyalıdır və bu da hüquqi cəhətdən oyunçuların maraqlarını qoruyur.

Ona görə də oynadığınız hər hansı bir mərc şirkətinin saytına daxil olanda ilk növbədə özünüzə sual verin: “Bu saytın altyapısı hansı şirkətə məxsusdur?”. Çünki altyapını təmin edən provayderin peşəkarlığı həm oyunların sürətinə, həm də ədalətliliyinə birbaşa təsir göstərir. Etibarlı və tanınmış şirkətlərdən alınan altyapı oyunçuya güvən verir, həmçinin qazanılan məbləğin düzgün hesablanmasını və vaxtında ödənilməsini təmin edir. Əksinə, qeyri-peşəkar və lisenziyasız provayderlərlə işləyən saytlar həm texniki problemlərə, həm də oyunçunun etibarını itirməyə səbəb ola bilər. Deməli, düzgün seçim yalnız mərc şirkətini deyil, həm də onun arxasında duran altyapını tanımaqdan keçir.

Əsas oyun provayderlərinin reytinqi

Aşağıdakı cədvəldə dünyanın ən populyar kazino oyun təminatçıları, onların ümumi oyun sayı, təsis olunma ili və ümumi reytinqi göstərilir. Bu məlumat həm oyunçular, həm də sayt sahibləri üçün vacibdir, çünki provayder seçimi birbaşa platformanın uğuruna təsir edir.

Reytqin Oyunlar Əsası qoyulub Provayder şirkəti
★★★★★10001994Microgaming
★★★★★2001996NetEnt
★★★★★6001999Playtech
★★★★★902010Betsoft
★★★★★1251997Pragmatic Play
★★★★★2102015Yggdrasil
★★★★★2202012Evolution Gaming
★★★★★1502013Red Tiger
★★★★★552014Red Tiger Gaming
★★★★2320122by2 Gaming
★★★★1201998AG Software
★★★★552000Ash Gaming
★★★★301986Bally
★★★★401996Big Time Gaming
★★★★202001Blueprint Gaming
★★★★★301996Boss Media
★★★★★351995Cryptologic
★★★★★202000Endemol Games
★★★★★401993Aristocrat
★★★★601997Finsoft
★★★★802001Genesis Gaming
★★★★★1252017IGT (WagerWorks)
★★★★601999Incredible Technologies
★★★★602010NexGen Gaming
★★★★★601997NYX Interactive
★★★★401999Octopus Gaming
★★★★602011Quickspin
★★★★322001Rabcat
★★★★★6002010Realistic Games
★★★★301998Realtime Gaming
★★★★1002003WGS Technology
★★★★★871963WMS (Williams Interactive)
★★★2642006Saucify

Bunlar da maraqlıdır

Ludomaniya nədir və hansı fəsadlara gətirib çıxara...
Azart oyuna, qumara və mərc asılılığına ludomaniya deyilir. Bu söz...
“Qapını çırpmaq” fenomeni
Futbol dünyasında maraqlı psixoloji və taktiki hadisələrdən biri də “qapını...
0:0 bitən oyununu əvvəlcədən müəyyən etmək mümkündürmü?
Futbol azarkeşlərinin və mərc oyunçularının ən çox maraqlandığı mövzulardan biri...