DÇ 2026 əvvəlki mundiallardan fərqli olaraq artıq 48 komanda ilə çıxış edir. Bu isə daha uzun turnir yolu, daha çox sürpriz deməkdir. Bu formatda təkcə favorit olmaq kifayət etmir. Komandanın heyət dərinliyi, qrup yolu, fiziki hazırlığı, ehtiyat skamyası və psixoloji sabitliyi daha böyük rol oynayacaq.
Tispterlərin ümumiləşdirilmiş əsas fikir budur: bu mundialda klassik favoritlər yenə ön planda olacaq, amma ən azı 1-2 “qaranlıq at”ın 1/4 finala çıxması real görünür. Steve Nicol, Shaka Hislop, Craig Burley kimi ekspertlərin müzakirələrində də əsas vurğu İspaniya, Fransa, İngiltərə, Braziliya və Argentinanın üzərinə düşür. Bukmeker bazarında da ilk sıra demək olar ki, eynidir: İspaniya, Fransa, İngiltərə, Braziliya və Argentina.
Əsas favoritlər
1. İspaniya
İspaniya hazırda ən balanslı komandalardan biri sayılır. Komanda həm topa nəzarət edir, həm də əvvəlki illərlə müqayisədə daha sürətli hücum edir. Rodri, Pedri, Lamine Yamal, Nico Williams kimi oyunçular İspaniyanı yalnız “pas komandası” yox, həm də sürətli keçidlərdə təhlükəli kollektivə çevirir.
Əgər ciddi zədə problemi olmasa, İspaniyanın 1/4 finala çıxmaq şansı çox yüksəkdir.
2. Fransa
Fransa turnir komandasıdır. Mbappe faktoru, geniş heyət, fiziki güc və böyük oyun təcrübəsi bu komandanı yenə əsas favoritlərdən birinə çevirir. Didie Deşamın komandası bəzən çox parlaq oynamır, amma nəticə almağı bacarır.
Fransanın qrupunda Norveç və Seneqal kimi təhlükəli rəqiblərin olması işi çətinləşdirir. Amma məhz belə oyunlar Fransanı erkən mərhələdə “oyadır”. 1/4 final üçün ən real namizədlərdən biridir.
3. İngiltərə
İngiltərə son illərdə böyük turnirlərdə sabit çıxış edir. Harry Kane, Jude Bellingham, Bukayo Saka, Phil Foden kimi oyunçular komandanın hücum potensialını çox yüksəldir. İngilis ekspertləri, o cümlədən Jamie Carragher və Gary Neville tez-tez bu nəslin artıq titul qazanmalı olduğunu vurğulayırlar.
Problem isə eynidir: İngiltərə həlledici oyunlarda psixoloji təzyiqi qıra biləcəkmi?
1/4 final üçün İngiltərə çox real seçimdir. Amma çempionluq yolunda yenə “son addım” sual altındadır.
4. Argentina
Argentina son dünya çempionudur və hələ də çox təhlükəli komandadır. Messi faktoru əvvəlki kimi böyükdür, amma bu dəfə əsas məsələ komandanın fiziki tempi olacaq. Argentina təcrübəli, ağıllı və turnir psixologiyasını yaxşı bilən komandadır.
Onların üstünlüyü ondadır ki, belə turnirlərdə oyunu “öldürməyi”, tempi aşağı salmağı və lazımi anda zərbə vurmağı bacarırlar.
1/4 final üçün Argentinanı siyahıdan çıxarmaq və Messi faktorunu unutmaq olmaz.
5. Braziliya
Braziliya həmişə favoritdir, amma son illərdə bu komanda ilə bağlı əsas sual sabitlikdir. Fərdi istedad çoxdur, lakin kollektiv oyun bəzən yetərincə inandırıcı görünmür.
Buna baxmayaraq, Vinicius Junior, Rodrygo və digər hücumçuların fərdi ustalığı pley-off oyunlarında həlledici ola bilər. Braziliya 1/4 finala çıxmaq üçün kifayət qədər güclüdür, amma artıq “avtomatik favorit” deyil.
Qaranlıq atlar
6. Norveç
Norveçi xüsusi qeyd etmək lazımdır. Çünki bu komanda artıq sadəcə “Haalandın komandası” deyil. Erling Haalandan savayı burada Martin Ødegaard, Antonio Nusa, Oscar Bobb kimi oyunçular Norveçə tam fərqli səviyyə qazandırıb.
Norveçin ən böyük üstünlüyü həm də odur ki, onlardan hələ də klassik nəhəng kimi qorxmurlar. Bu isə “pley-off”da çox təhlükəli ola bilər.
Bir başqa maraqlı detal isə azarkeş dəstəyidir. Norveç fanat mədəniyyəti son illər xeyli canlanıb. Xüsusilə “vikinq gəmisində avar çəkmə” obrazı ilə seçilən ultras dəstəyi komandanın ətrafında xüsusi atmosfer yaradır. Belə fan enerjisi böyük turnirlərdə bəzən əlavə motivasiya rolunu oynayır.
Norveç 1/4 final üçün riskli, amma çox maraqlı seçimidir.
7. Portuqaliya
Portuqaliya heyət keyfiyyətinə görə turnirin ən güclü komandalarından biridir. Bruno Fernandes, Bernardo Silva, Rafael Leao, Joao Felix və Cristiano Ronaldo faktoru komandanı təhlükəli edir.
Əsas sual taktiki balansdır. Portuqaliya bəzən həddən artıq çox fərdi keyfiyyətə güvənir. Amma komanda ritmini tapsa, 1/4 final onlar üçün minimum hədəf ola bilər.
Bununla yanaşı, Kriştianu Ronaldonun motivasiyasını da nəzərə almaq lazımdır. Karyerasında demək olar ki, bütün böyük titulları qazanan portuqaliyalı ulduz üçün Dünya Kuboku son böyük zirvə hesab olunur. Futbol analitikləri dəfələrlə qeyd ediblər ki, Ronaldo üçün 2026 Dünya Kuboku sadəcə növbəti turnir deyil, futbol tarixindəki irsini tamamlamaq imkanıdır.
Maraqlıdır ki, sosial şəbəkələrdə və futbol forumlarında Ronaldonun Dünya Kubokunu qazanacağı ilə bağlı müxtəlif komplo-nəzəriyyələr (konspirasiyalar) də yayılır. Hətta bəzi azarkeşlər “Simpsonlar” cizgi serialının müəyyən epizodlarında buna işarələrin olduğunu iddia edirlər. Bu iddiaların heç biri rəsmi təsdiqini tapmasa da, Ronaldonun ətrafında formalaşan mifologiyanın bir hissəsinə çevrilib.
Əgər Portuqaliya heyətindəki fərdi keyfiyyəti kollektiv oyuna çevirə bilsə, Ronaldonun son mundialı komandanı adi favoritdən daha təhlükəli rəqibə çevirə bilər. Belə halda Portuqaliyanın 1/4 finala yüksəlməsi sürpriz sayılmayacaq.
8. Almaniya
Almaniya heç vaxt mundialda tam kənara atılmamalıdır. Son illərdə enişlər olsa da, böyük turnir təcrübəsi, struktur və oyun intizamı bu komandanı yenə təhlükəli edir.
Əgər Almaniya müdafiə sabitliyini bərpa etsə, 1/4 finala çıxması sürpriz olmayacaq.
Sürpriz edə biləcək komandalar
Mərakeş, Seneqal, Yaponiya, Kolumbiya və Uruqvay sürpriz edə biləcək komandaları sırasındadır. Xüsusilə Mərakeş 2022-də göstərdi ki, intizamlı müdafiə və kollektiv ruhla böyük komandaları dayandırmaq mümkündür.
Yaponiya isə texniki, sürətli və çox nizamlı komandadır. Onlar favoritləri yormaq və oyunun tempini dəyişmək baxımından çox təhlükəlidir.
Proqnoz: 1/4 final üçün əsas namizədlər
Mövcud forma, heyət keyfiyyəti, bukmeker bazarı və ekspert rəyləri nəzərə alınanda DÇ 2026-da 1/4 final üçün ən real 8 komanda belə görünür:
- İspaniya
- Fransa
- İngiltərə
- Argentina
- Braziliya
- Portuqaliya
- Almaniya
- Norveç
Alternativ namizədlər isə bunlardır: Niderland, Mərakeş, Uruqvay, Yaponiya, Seneqal.
Mərc baxımından yanaşma
Bu mərhələdə “çempion kim olacaq?” bazarından daha maraqlı seçimlər bunlardır:
- Komandanın 1/4 finala çıxması
- Qrup qalibi bazarı
- Qrupdan çıxma bazarı
- Norveç kimi “dark horse” komandaların mərhələ keçməsi
- Haalandın bombardirlik bazarı
- Yaponiya, Mərakeş və Seneqal kimi komandaların sürpriz etməsi
Azbetsport.com-un yanaşması isə belədir: DÇ 2026-da ən təhlükəsiz seçimlər İspaniya, Fransa və İngiltərə ətrafında qurula bilər. Daha yüksək əmsal axtaranlar üçün isə Norveç xüsusi diqqətə layiqdir. Çünki bu komanda həm hücum gücünə, həm lider oyunçulara, həm də emosional azarkeş dəstəyinə malikdir. Ən yaxşı aşpazları ABŞ-a aparmaları da təsadüf deyil – tezlikl geri dönməyəcəklərinə işarədir.
Bu mundialda 1/4 finalın ən maraqlı hekayəsi məhz Norveç ola bilər.





