
Futbol statistikası göstərir ki, matçın erkən mərhələlərində – xüsusilə də ilk 15 dəqiqədə qol vurulan oyunlarda – sonrakı nəticələr çox vaxt fərqli məcrada inkişaf edir. Təcrübə göstərir ki, erkən qol matçın ritmini dəyişir: bir tərəf müdafiəyə çəkilir, digər tərəf isə risk alaraq hücumları artırır. Bu hal çox zaman oyunun «alt» (yəni az qollu) nəticə ilə bitməsi ehtimalını yüksəldir.
Niyə belə olur?
Bunun bir çox səbəbləri var. Onları sizin üçün aşağıdakı şəkildə qruplaşdırırıq:
- Psixoloji faktor – Erkən qol vuran komanda çox vaxt hesabı qorumağa çalışır.
- Taktiki faktor – Qol buraxan tərəf bütün matçı risklə oynamır, daha çox nəzarətli futbol seçir.
- Statistik müşahidələr – Xüsusilə Bolqarıstan, Rumıniya, Xorvatiya, Venesuela, Paraqvay və Meksika çempionatlarında ilk 15 dəqiqədə qol vurulmuş oyunların əksəriyyətində ümumi qol sayı 2.5-dən az olur. Bu liqalarda komandalar adətən ehtiyatlı oyun üslubuna üstünlük verirlər.
Nümunə:
Bolqarıstan A Liqası, CSKA Sofiya – Beroe oyunu
2008/2009 mövsümündə baş tutan Bolqarıstan A Liqası, CSKA Sofiya – Beroe oyununun 12-ci dəqiqəsində ÇSKA qol vurmuşdu. Baxanlar bilir ki, qalan 78 dəqiqə ərzində oyun daha çox mərkəz sahəsində keçdi və əlavə qol olmadı. Nəticə: 1-0 (Alt).
Bu kimi oyunlarda tez qol vurulduqdan sonra ümumi qol sayının çoxalacağı düşünülür, lakin praktiki olaraq tez-tez əksinə – qol sayının məhdud qalması müşahidə olunur.