Biz bu saytı ikisi qız, altısı oğlan olmaqla 8 nəfər insanı qumar asılılığından xilas etdikdən sonra ərsəyə gətirdik. Biz istəyirik ki, hər bir ailədə yalnız sevinc oldu günlər yaşasın. İnsanlar aylarla əziyyət çəkərək qazandıqları pullarını, şəxsi varidatlarını bir neçə saniyəlik hisslərinə qurban verməsinlər.
Bu sayt heç bir halda insanları qumar oyunlarına təşviq etmir və ya onların cazibədar tərəflərini qabartmır. Əksinə, məqsədimiz maarifləndirmə yolu ilə insanları bu təhlükəli asılılıqdan qorumaqdır.
İnsan psixologiyası göstərir ki, qadağan edilən və sirli görünən hər bir şey, xüsusilə də “risk və şans” üzərində qurulan davranış modelləri, təbiətən insanı özünə cəlb edir. Bu isə ya təbiətin özündən qaynaqlanır, ya da sosial-mədəni təsirlərlə formalaşdırılır. Nəticədə insan bilmədən, düşünmədən qumarın girdabına düşə bilir.
Elmi-psixoloji araşdırmalar sübut edir ki, məlumatlı olmaq, risklər barədə bilik qazanmaq insanı yanlış qərarlardan çəkindirir. Maarifləndirmə, şüurun güclənməsi və məsuliyyət hissinin formalaşdırılması – pis vərdişlərə qarşı ən güclü müdafiə vasitəsidir. Qumar və digər zərərli asılılıqların fəsadları haqqında düzgün məlumat alan insan artıq həmin davranışlara sadəcə maraq obyektindən çox, məsuliyyət hissi ilə baxır.
Burada maraqlı bir paradoks da var: hətta qumar, kazino və mərc şirkətlərinin özləri də oyunçuların bütün varidatını satıb oyuna yatırmasını və ya ümidsizlik nəticəsində intihar həddinə çatmasını arzulamır. Çünki heç bir şirkət müştərisiz qalmaq istəməz. Onlar müştərinin tamamilə yox olmasını deyil, davamlı şəkildə qazanıb-uduzaraq əyləncə xatirinə oynamasını istəyirlər.
Biz inanırıq ki, bilik insanı pis yola sürükləmir, əksinə, onu təhlükədən qoruyur. Bu səbəbdən saytımızda təqdim olunan hər bir yazı insanın həm fərdi, həm də sosial rifahına xidmət edir. Məqsədimiz hər kəsi sağlam düşüncə, məsuliyyətli seçim və mənəvi güc sahibi olmağa təşviq etməkdir.