Həmzət Çimaev illərlə UFC-də qorxu effekti yaradan döyüşçü idi. İnsanlar onun döyüşlərini qalibin kim olacağını görmək üçün yox, bu dəfə rəqibini necə məğlub edəcəyini izləmək üçün baxırdı. Çünki Çimaev qəfəsə girəndə adətən ilk dəqiqələrdən hər şey dağılıb gedirdi: aqressiya, təzyiq, güləş, boğma fəndi və tam dominantlıq. Amma Şon Stricklənd ilə döyüşdə ilk dəfə fərqli mənzərə yarandı. Striklend nə qorxdu, nə geri çəkildi, nə də psixoloji olaraq sındı. Və məhz bu, döyüşün taleyini dəyişdi.
İlk raundlardan hiss olunurdu ki, Çimaev yenə öz klassik ssenarisini işə salmağa çalışır: sürətli giriş, təzyiq, güləş fəndi və fiziki dominantlıq. Amma Striklənd onun istədiyi tələyə düşmədi girmədi, çünki psixoloji olaraq hazırlıqlı idi. O, sadəcə sakit qaldı. Kənardan baxana elə gəlirdi ki, Striklend heç nə etmir. Amma əslində ən təhlükəli şeyi edirdi – Çimaevi həmişə öyrəşdiyi oyun stilindən çıxarırdı. Sosial şəbəkələrdə döyüşdən sonra ən çox yazılan fikirlərdən biri də bu idi: “Çimaev rəqiblərini qorxu ilə udurdu, Striklend isə qorxmadı.”
Döyüş uzandıqca başqa bir problem də ortaya çıxdı: kardio. Çoxu bilir ki, Çimaevin döyüş stili partlayış üzərində qurulub. O, rəqibi erkən vaxtda sındıranda məhvedici görünür. Amma Striklənd “sınan” döyüşçü deyil. O, daim eyni ritmdə qalır, jab atır, məsafə saxlayır, nəfəsini qoruyur və rəqibi yavaş-yavaş əsəbiləşdirir. Bir məqamdan sonra Çimaevin üzündə gərginlik açıq görünürdü. Striklend isə əksinə, raundlar keçdikcə daha rahat görünməyə başladı. Bu artıq təkcə fiziki yox, psixoloji döyüş idi.
Ən maraqlısı isə budur ki, Striklənd Çimaevi “film səhnəsindəki kimi” nokaut etmədi. O, onu sistemli şəkildə dağıtdı. Sadə görünən jab-lar, pressure, cage control və davamlı ritm Çimaevin bütün güclü tərəflərini yavaş-yavaş söndürdü. Çox adam Striklendin stilini darıxdırıcı hesab edir, amma həmin stil Çimaev kimi emosional və aqressiv döyüşçülər üçün əsl kabusdur. Çünki Strikleənd rəqibi həlledici bir zərbə ilə yox, mental yoraraq məğlub edir.
Bu döyüşdən sonra MMA fanatlarının çoxu bir şeyi qəbul etdi: Çimaevin ən təhlükəli rəqibi güclü yumruq atan biri yox, soyuqqanlı və sınmayan döyüşçüdür. Striklend ona ilk dəfə göstərdi ki, qəfəsdə yalnız güc kifayət etmir. Bəzən sakit qalmaq, ritmi idarə etmək və rəqibin nəfəsini oğurlamaq daha böyük silah olur. Və həmin gecə Striklend məhz bunu etdi – Çimaevin aurasını söndürdü.





